Azərbaycan və Türkiyənin Pakistanı dəstəkləməsi Hindistanda narazılıq doğurdu – Boykot çağırışları başlayıb
Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Hindistanın Azərbaycana qarşı turizm qadağası və iqtisadi münasibətlərlə siyasətin qarışdırılması, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Lakin bu vəziyyətdə Azərbaycanın itirən tərəf olmadığını vurğulamaq lazımdır:
"Azərbaycan turizm sektorunda Hindistan bazarının əhəmiyyətini nəzərə alaraq, digər ölkələrdən gələn turistlərin sayını artırmaqla və yeni bazarlara yönəlməklə yaranan riskləri kompensasiya edir. Məsələn, 2025-ci ilin yanvar ayında Azərbaycana Hindistandan gələn turistlərin sayı 68% artmışdır ki, bu da Azərbaycanın turizm potensialının güclü olduğunu göstərir. Eyni zamanda, Hindistan bazarında Azərbaycan turizminin mövqeyini möhkəmləndirmək üçün tədbirlər davam etdirilir.
Hindistanın Azərbaycana qarşı tətbiq etdiyi qadağalar və boykot çağırışları, əsasən siyasi gərginliklərdən qaynaqlanır və bu, Hindistan daxilində də tənqid olunur. Hətta Pakistanın Azərbaycandakı səfiri belə, Hindistanın Azərbaycan məhsullarına qarşı qadağasını yanlış addım hesab edir və bölgədə gərginliyin aradan qaldırılması üçün dialoqun vacibliyini vurğulayır. Hindistanlı turistlərin bəzi hallarda səfərlərini ləğv etməsi müşahidə edilsə də, bu, müvəqqəti tendensiyadır və Azərbaycan turizmi üçün ciddi təhlükə yaratmır.
Beləliklə, Hindistanın siyasi addımları Azərbaycanın iqtisadi və turizm maraqlarına ciddi zərər vermir. Azərbaycan, regional və qlobal əməkdaşlıqlarını genişləndirərək, yaranan çətinlikləri uğurla idarə edir və itirmir. Hindistanla münasibətlərin gələcəkdə normallaşması üçün dialoq və əməkdaşlıq imkanları hələ də mövcuddur və Azərbaycan bu sahədə aktiv fəaliyyət göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2206 Tarix: 26 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
13:02 0 Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil
Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur
11:26 134 "Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12:02 213 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 279 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11.10.2026 268 Vahid məktəbli forması, təhsil siyasəti və İranın mümkün ideoloji müdaxiləsi
"Müasir dövrdə təhsil yalnız biliklərin ötürülməsi prosesi deyil, həm də cəmiyyətin gələcəyini, milli kimliyin davamlılığını və dövlətin informasiya təhlükəsizliyini müəyyən edən strateji sahədir. Məktəblərdə tətbiq edilən qaydalar, şagirdlərə aşılanan dəyərlər və uşaqların informasiya mənbələrin
11:15 153 Tokayev 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqəti iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar və insan kapitalına yönəltməklə 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib. "Report"a istinadla xəbər verir ki, o bu barədə MDB Dövlət Başçıları Şurasını
11.10.2026 260 Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
10:20 231 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır
"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl
11:35 134