Azərbaycanda blogerlər bu qaydalara riayət etməlidir - Agentlik detalları açıqladı

Azərbaycanda blogerlər bu qaydalara riayət etməlidir - Agentlik detalları açıqladıBir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Reklam haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır.

BiG.AZ xəbər verir ki, Modern.az yeni qanunla bağlı təfərrüatları öyrənmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və ya sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.

Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.

Rəqəmsal platforma təsirçisi kimdir?

Yeni dəyişikliyə əsasən qanuna "rəqəmsal platforma" və "rəqəmsal platforma təsirçisi" kimi yeni terminlər əlavə edilib. Rəqəmsal platforma dedikdə reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri nəzərdə tutulur. Rəqəmsal platforma təsirçisi isə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki va ya hüquqi şəxsdir.

Blogerlər hansı qaydalara riayət etməlidir?

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunmalıdır.

Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

Həmçinin rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər vermək məqsədilə reklam fəaliyyətinə nəzarət həyata keçirilir. Həmin Qanuna əsasən, Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Sözügedən sahədə dövlət nəzarəti müntəzəm olaraq aparılan monitorinqlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlər əsasında yerinə yetirilir. Aparılmış monitorinqlər zamanı reklam subyektləri tərəfindən, xüsusilə də internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi halları aşkar edilir. Aşkar edilmiş pozuntu əlamətlərinin araşdırılması zamanı reklam subyektləri tərəfindən pozuntu əlamətlərinə daha çox internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda yol verildiyi müəyyən edilir. Belə ki, internet şəbəkəsi və texnologiyanın inkişafı səbəbindən yeni reklam daşıyıcılarının meydana gəlməsi və belə daşıyıcıların yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) təchiz edilməsinə baxmayaraq, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda sözügedən məsələləri tənzim edən xüsusi normaların olmaması bir çox hallarda reklam subyektlərində çaşqınlıq yaranmasına səbəb olur və bu sahədə dövlət nəzarətinin aparılmasına çətinlik yaradırdı. Bu kimi halların aradan qaldırılması məqsədilə qanunda dəyişiklik edilmişdir.

"Əlavə olaraq bildiririk ki, reklam - istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Odur ki, rəqəmsal platforma təsirçiləri tərəfindən hər hansı bir əmtəəyə marağın formalaşdırılması, onun satışına stimul yaradılması reklam hesab edilir. Qanunvericiliyə əsasən, bəzi reklam üsulları qadağan edilib. Belə reklam üsullarına haqsız reklam, qeyri-dəqiq reklam və gizli reklam daxildir. Qadağan olunmuş digər reklam üsullarından biri də gizli reklamdır. "Gizli reklam" deyərkən reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, "reklam" yaxud "reklam hüququ əsasında" qeydi olmadan verilən məlumat başa düşülür.

Mövcud qanunvericiliyə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub", - qurumdan verilən açıqlamada deyilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdən Ukraynanın bərpasına 127 milyon avroluq dəstək

İsveç hökuməti Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə Dünya Bankının yeni maliyyə mexanizmi çərçivəsində 1,4 milyard İsveç kronu (təxminən 127 milyon avro) ayırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında təsdiqlənib. Ayrılan vəsait Düny

16.07.2026 203
.

Günəş şüasının orqanizmə faydası

Gün işığı orqanizmin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. O, bioloji saatın tənzimlənməsindən D vitamini sintezinə, immun sisteminin gücləndirilməsindən əhval-ruhiyyə və yuxu keyfiyyətinin yaxşılaşmasına qədər bir çox prosesə müsbət təsir göstərir. Axşam.az xəbər verir ki, günəş şüalar

16.07.2026 189
.

Süni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirik

İnsan beyni qarşısındakı şəxsin dürüstlüyünü qiymətləndirmək üçün əsrlər boyu üz cizgilərinə diqqət yetirib. Lakin texnologiyanın inkişafı bu təbii müdafiə mexanizmini manipulyasiya etməyə imkan verir. Qaynarinfo-nun məlumatına görə, Lankaster Universiteti tərəfindən aparılan yeni araşdırma göstəri

16.07.2026 120
.

"1500 manatımı qaytar" - Hüseyndən Zaura tələb

Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluğa sənət aləmi də rəy bildirib. "Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib. Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da şərh yazıb

16.07.2026 310
.

Tramp Əliyevin çıxışına həsr olunmuş məqaləni paylaşdı - Foto

ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş məqaləni paylaşıb. "Qafqazinfo" xəbər verir ki, məqalə "Breitbart" nəşrində dərc olunub. Məqalədə IV Şuşa Qlobal Medi

16.07.2026 209
.

Rusiyanın Sverdlovsk vilayətində daşqın: Yüzlərlə ev su altında qaldı

Rusiyanın Sverdlovsk vilayətində leysan yağışlarının yaratdığı daşqınlar yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, son 24 saat ərzində 130 yaşayış evi və 185 həyətyanı sahən

16.07.2026 218
.

Koreyada 14 yaşadək uşaqların sosial şəbəkələrə girişi qadağan edilə bilər

Cənubi Koreya hakimiyyəti 14 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi nəzərdən keçirir. Bu barədə Koreya Respublikasının Kütləvi Kommunikasiya və Rabitə Komissiyasının sədri Kim Con Çhol bildirib. "Biz 14 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmaq imkanını məhdudlaşdırmağı

16.07.2026 139
.

Sabah 35 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq

16.07.2026 177
.

Ali Rada Zelenskinin namizədini Baş nazir postuna təsdiqlədi

Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdim etdiyi Sergey Koretskinin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 289 deputat Koretskinin namizədliyini dəstəkləyib və bununla da o, ölkənin yeni hökumə

16.07.2026 203
.

TOP MP3