Tibb bacıları azərbaycanlı diplomatdan nə istəyir? — BÖYÜK BRİTANİYADAKI HADİSƏNİN TƏFƏRRÜATI
Bu ilin fevralında Böyük Britaniyanın kiçik şəhəri olan Norzviçin yerli qəzetində "Azərbaycandan olan keçmiş səfir cinsi zorakılıqda ittiham olundu" adlı məqalə çıxıb. Məqalədə Çesirdəki müalicə müəssisəsi tərəfindən edilən müraciət əsasında Rafael İbrahimovun məhkəmə prosesi haqqında danışılırdı.
Yazının qısa məğzi belədir ki, Azərbaycanın Böyük Britaniyadakı sabiq səfiri R.İbrahimov 2023-cü il dekabrın 5-də özünü pis hiss etdiyindən Çeşirdə yerləşən klinikaya müraciət edib. İddialara görə, onun davranışı "aqressiv" olub və müalicə müəssisəsində çalışan 3 tibb bacısı "cinsi zorakılığa" məruz qalıb.
Sözügedən məqalə Azərbaycanda da bir neçə nəşrdə çap olunub və müəyyən rezonans doğurub.
Bu iddianın bir tərəfidir. Bəs əslində ilyarım öncə Çeşirdə nə baş verib?
Məsələni tam aydınlaşdırmaqdan ötrü qarşı tərəfin də mövqeyini işıqlandırmaq qərarına gəldik.
Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib. Məlum olub ki, sabiq səfirin ailəsi hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırıb. 20 may 2025-ci ildə Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyirinə qərar qəbul edib.
"Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz - Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür.
Ətraflı danışmadan Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Təəssüf ki, bu cəhd müasir dövrün "yeni normaları" adlandırıla bilər və çoxları mediada yayılan yalançı ittihamlarda əziyyət çəkir. Təəssüf ki, Rafael belə məsələlərdə ilk və son qurban deyil.
Lakin biz çox dərin narahatlıq keçirdik ki, "Norzviç" qəzetində çıxan məqalə Böyük Britaniyada heç bir nəşr tərəfindən dəstəklənmədiyi halda Azərbaycanın bəzi media orqanlarında həvəslə yayılıb. Və azərbaycanlı jurnalistlər məsələni dərindən araşdırmaq üçün nə Rafaelin özü, nə də onun yaxınları ilə əlaqə saxlayıblar. Biz yaxşı başa düşürük ki, Azərbaycanda çox saylı vicdanlı və peşəkar jurnalist var və onlar açıq şəkildə saxtalaşdırılmış bu hadisəni işıqlandırmaq istəməyiblər. Bu barədə biz çoxsaylı insanların, o cümlədən bizim tanımadığımız insanların rəylərindən qiymətləndirmə aparırıq.
Vaqif Hüseynli
Demokrat.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 809 Tarix: 26 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11.10.2026 301 Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans
11.10.2026 382 Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, idxalı
11.10.2026 303 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11.10.2026 279 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 309 Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev
15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd
11:27 113 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11.10.2026 267 Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c
10:12 165 Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11.10.2026 296