"Cümhuriyyətimiz uzunömürlü olmasa da, tarixdə əvəzsiz iz buraxdı" - Bəhruz Məhərrəmov

"Cümhuriyyətimiz uzunömürlü olmasa da, tarixdə əvəzsiz iz buraxdı" - Bəhruz Məhərrəmov28 May müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

Milli M'clisin deputat; Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis 28 mayı Müstəqillik, 18 oktyabrı isə Müstəqilliyin Bərpası Günü kimi müəyyən edərək tarixi ədalətsizliyə son qoydu və 28 may Müstəqillik Günü kimi təqvimimizdə öz şərəfli yerini aldı:

"Ulu Öndər Heydər Əliyev demişdir ki, "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir". Bu mənada, 28 May tariximizin ən şanlı və ən önəmli səhifələrindən biridir.
107 il öncə qurulmuş Cümhuriyyətimiz bütövlükdə İslam dünyasında siyasi hüquqlar başda olmaqla, bir sıra hüquq və azadlıqların təsbit olunması, modern məzmunda müstəqillik anlayışı, parlamentarizm ənənəsi kimi məsələlərin timsalında çoxsaylı ilklərə imza atmışdır.
Lakin, sirr deyil ki, həm 1918-ci ildə, həm 1991-ci ildə istiqlaliyyətimiz daha çox tarixi-siyasi proseslərin gedişatı ilə bağlı olub. Yəni 1918-ci ildə Rusiya İmperiyasının dağılması, 1991-ci ildə isə SSRİ-nin süquta uğraması ilə digər dövlətlərlə yanaşı, əsassız gecikmə ilə olsa da, biz də müstəqilliyimizi qazanmışıq. Amma, təəssüf ki, birinci müstəqillik dövründə ciddi səhvlər də buraxılmış, Qərbi Zəngəzur və İrəvan xəyanətin qurbanı olmuş, dövlət özü isə istiqlalını 2 ildən artıq qoruya bilməmişdir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə Qarabağ və Şərqi Zəngəzuru itirdik, eyni zamanda dövlətçiliyimiz vətəndaş müharibəsi və parçalanma ilə üz-üzə qaldı. Heç şübhəsiz ki, Heydər Əliyevin müdaxiləsi olmasaydı, ikinci müstəqilliyimizin aqibəti də Xalq Cümhuriyyətinin taleyinə bənzəyəcəkdi. Bütün bunların fonunda bizə bir şey aydın olmalıdır ki, Qafqaz regionunda müstəqilliyi qoruyub saxlamaq müstəqilliyi əldə etməkdən daha çətindir. Amma bu gün qürurla deyə bilərik, biz artıq öz müstəqilliyimizi qoruyacaq gücük.
Cümhuriyyətimiz uzunömürlü olmasa da, tarixdə əvəzsiz iz buraxdı və təsadüfi deyil ki, biz 18 oktyabr "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmişik. Lakin, təəssüf ki, müstəqilliyimizi bərpa edərkən o dövr siyasi təfəkkürü 28 mayı Müstəqillik Günü kimi tanımadı. Təsəvvür edin, biz "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında özümüzü Xalq Cümhuriyyətinin varisi sayırıq, amma Cümhuriyyətin siyasi irsinə iddia edənlər Müstəqillik Günü kimi 18 oktyabrı qeyd edirdilər. Baxmayaraq ki, biz müstəqilliyi 28 may 1918-ci ildə əldə etmişik. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyimiz bərpa olunub. Bildiyiniz kimi, məhz cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis 28 mayı Müstəqillik, 18 oktyabrı isə Müstəqilliyin Bərpası Günü kimi müəyyən edərək tarixi ədalətsizliyə son qoydu və 28 may Müstəqillik Günü kimi təqvimimizdə öz şərəfli yerini aldı.
Şübhəsiz ki, Cümhuriyyətin liderlərinin ruhu bu gün şaddır, çünki onların yerinə yetirə bilmədiyi ideallar sürətlə reallaşmaqdadır. Azərbaycan, artıq torpaq itirən yox, işğala, təcavüzə son qoyan, bölgənin gündəmini müəyyən edən müzəffər dövlətə çevrilib. Bu gün artıq ikinci müstəqillik dövrü yox, birinci müstəqillik dövründə itirdiyimiz torpaqlar gündəmimizdir və Cümhuriyyət dövründə itirilən İrəvana, Qərbi Zəngəzura, Göyçəyə qayıdacağımıza heç kim şübhə etmir. Çinə bayraq sancmağı vəd edib öz paytaxtına qədər qovulan iqtidardan fərqli olaraq İlham Əliyev iqtidarı Zəngəzura mənəvi-tarixi öhdəlik kimi yanaşır. Təbii ki, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur, lakin tarixi həqiqətlərin də inkar olunmasına imkan verilməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 27 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

10:00 121
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

11.10.2026 426
.

Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd

11:27 113
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 118
.

Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin

11:24 114
.

Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib

Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu

11.10.2026 267
.

Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında

11:57 60
.

Zeytun yağı ilə bağlı maraqlı kəşf - Qan şəkərinə belə təsir edir

Zeytun yağının qidalanmada istifadəsi ilə bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, karbohidrat qəbulundan əvvəl zeytun yağı qəbul etmək yeməkdən sonra qan şəkərinin ilkin yüksəlişini zəiflədə bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyot

11:23 125
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11.10.2026 262
.