Yayda bağlanan uşaq bağçaları - Tətil planlayan valideynlərin DİQQƏTİNƏ
Yay aylarında bir çox ailələr tətilə getdiyi üçün bağçayaşlı övladlarını da özləriylə birlikdə aparırlar.
Bəs görəsən həqiqətən də yayda bağçalarda uşaqların sayı azalırmı? Dezinfeksiya və təmir işləri nə zaman aparılır? Təmir zamanı uşaqların aqibəti necə olur?
Bağçayaşlı uşaqları olan ailələri maraqlandıran bu suallarla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-a bildirildi ki, bağçalarda dezinfeksiya işləri qeyri-iş günlərlərində aparılır. Təmir zamanı isə lazım olduqda uşaqlar yaxın ərazilərdəki bağçalara köçürülür:
"Müşahidələrə əsasən, yay aylarında çox sayda valideynin övladını özü ilə tətilə aparması səbəbindən bağçalarda uşaqların davamiyyətində cüzi şəkildə azalma olur. Məktəbəqədər təhsil müəssisələrində planlı şəkildə aparılan dezinfeksiya və əsaslı təmir işləri zamanı uşaqların təhlükəsizliyi və rahatlığı ön planda tutulur.
Dezinfeksiya işləri qeyri-iş günlərində həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrində təmir işlərinin həcminə əsasən uşaqların digər bağçalara köçürülməsi ilə bağlı müvafiq qərar verilir. Təmir cari xarakter daşıdığı təqdirdə məşğələlər işlərin aparılmadığı otaqlarda təşkil olunur. Əsaslı təmir işləri zamanı qrupların yaxın ərazidə olan məktəbəqədər təhsil müəssisələrinə köçürülməsi həyata keçirilir",-deyə bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 473 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Araz çayında suyun səviyyəsi 1 metr azalıb
Araz çayının İmişlidən keçən hissəsində suyun səviyyəsi 1 metr azalıb. "Report"un Muğan bürosu xəbər verir ki, son bir ayda çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Vəziyyətin belə olması yerli sakinlər arasında narahatlığına səbəb olub. Suyun azalması nəticəsində sahilboyu quraşdırılmı
11:10 99 Livanda "Hizbullah"ın bir üzvü öldürülüb
İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" üzvünün idarə etdiyi avtomobilə PUA zərbəsi endirib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb. Hadisə Livanın cənubundakı Tir şəhəri ətrafında şosedə baş verib, o, aldığı yaralarda
26.07.2025 170 "İndi "lüstür"ümü bəyənmirsən, sabah da qızımı..." - İntihar edən Qiyasın qayınatası DANIŞDI
Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən Qiyas İsmayılzadənin qayınatası danışıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. O bildirib ki, nişanın pozulmasına səbəb oğlan evinin cehizləri bəyənməməsi olub:. "Qızım zəng edib dedi ki, "lüstür"ü bəyənmirlər
12:06 139 Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir
Tailand Kamboca ilə sərhəddəki münaqişənin sülh yolu ilə həllində israr edir. "Report" xəbər verir ki, bu barədə EFE agentliyi Tailandın xarici işlər naziri Maris Sanqiamponqsanın sözlərinə istinadən xəbər verir. "Tailand mübahisələri beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yol
26.07.2025 194 ABŞ-də polis adi diş məcununa görə yolu bağladı
ABŞ-nin Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. -ya istinadən xəbər verir ki, buna yola tökülən diş məcunu səbəb olub. Hadisə şahidləri yoldan nanə qoxusu gəldiyini, yol səthinin sürüşkən olduğunu bildiriblər. Sürüşkən yol səbəbindən kiçik yol-nəqliyyat hadisələr
14:00 0 Bakının bəzi rayonlarında niyə su yoxdur? - RƏSMİ
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi və Yasamalda yerləşən MİDA yaşayış kompleksində su təchizatında fasilələr yaşanır. Sakinlərin sözlərinə görə, xüsusilə pik saatlarda təzyiq zəifləyir, bəzi hallarda isə ümumiyyətlə, su olmur. Yayın ən isti günlərində bu cür problemlərin yaşanması narahatlı
01:16 300 Sumqayıtlı müəllimə Türkiyədə qəfil vəfat etdi
Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Nizami qızı Əliyeva Türkiyədə vəfat edib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib. Onun dəqiq hansı səbəbdə
26.07.2025 319 Paşinyana hərbi mesaj: Rusiya Ermənistandakı bazasını niyə gücləndirir?
Ermənistanın "Hraparak" qəzeti Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirməsi barədə məlumat yayıb. Xəbərə əsasən, son həftələr Gümrüdəki bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Bunun hansı məqsədlə edildiyi hələlik məlum olmasa da, versiyalardan birinə görə, Moskv
26.07.2025 195 NASA minlərlə yüksəkixtisaslı əməkdaşını itirəcək
NASA təxirə salınmış işdən azadetmə proqramı çərçivəsində bir neçə min əməkdaşını ixtisar edəcək. Bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir. Bu təşəbbüs Ağ Evin federal məmurlar aparatının kiçildilməsi üzrə proqramı çərçivəsində reallaşdırılır. NASA-nın məlumatına görə, işdə
26.07.2025 177