Əyilən baş sindromu nədir və necə qurtulmaq olar? - Həkim danışdı

Əyilən baş sindromu nədir və necə qurtulmaq olar? - Həkim danışdıYaponiyada 25 yaşlı gəncin davamlı olaraq telefonuna baxması nəticəsində yaranan sağlamlıq problemi tibb aləmində böyük əks-səda doğurub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 6 ay davam edən şiddətli ağrılardan sonra gənc əməliyyat olunub.

Bu vəziyyət isə tibb dünyasında yeni olan "əyilən baş sindromu"dur.

Türkiyəli fiziki müalicə və reabilitasiya mütəxəssisi Dr. Yıldız Qonca Doğru deyib ki, problem davamlı olaraq mobil telefona baxmaqdan qaynaqlanır.

Sözügedən yapon gəncə tibbi müdaxilələr yetərsiz qaldığından əməliyyatla boynuna metal çubuqla yerləşdirilib.

Bu hadisə onu göstərir ki, rəqəmsal cihazlardan şüursuz və uzun müddət istifadə ciddi fiziki deformasiyalara səbəb ola bilər.

"Text neck" adlnanan bu vəziyyət başın daim önə əyilməsi və boyun onurğalarının deformasiyaya uğraması nəticəsində yaranır. Xüsusilə gənclər və ofis işçiləri arasında getdikcə daha çox yayılır. Baş irəli əyildikdə boyun fəqərələrinə yük artır. Normalda 4,5-5,5 kilo ağırlığında olan baş 60 dərəcə irəli əyildikdə onurğaya 27 kiloqrama qədər ağırlıq verir.

Bu, boyun əzələlərində gərginliyə, onurğanın düzgün düzülməməsinə və uzun müddət ərzində boyun yırtıqlarına, kanalların stenozuna və nəticədə xroniki ağrılara səbəb ola bilər.

Əyilən baş sindoromunuzun olduğunu necə bilmək olar?

Sindromun əsas əlamətləri boyun, çiyin və bel ağrıları, baş ağrısı, boyun hərəkətlərinin məhdudlaşdırılması, əzələlərin sərtliyi və gərginliyi, duruş pozğunluğudur.
Bu xəstəliyin əsas səbəbi başın əyri tutulmasıdır.

Buna görə də, kompüter, telefon və ya planşetdən istifadə edərkən göz səviyyəsində saxlayın və boynunuzu əyməkdən çəkinin, hər 20 dəqiqədən bir qısa fasilələr verin və sadə dartınma məşqləri edin.

Boyun və kürək əzələlərini gücləndirən gündəlik məşqlər, yoqa və pilates kimi duruşu düzəltmək üçün fəaliyyətlərlə məşğul olun.

Şiddətli ağrı və ya məhdud hərəkət halında mütəxəssis həkimdən dəstək almaq çox vacibdir. Səhv yerinə yetirilən məşqlər xəstəliyi həll etmək əvəzinə vəziyyəti daha da pisləşdirə bilər. Buna görə də fiziki tibb və reabilitasiya mütəxəssisindən dəstək istənilməlidir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1186   Tarix: 28 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.