Azərbaycanda elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklif olunur
Azərbaycanda sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.
"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Ölkəmizdə 4 244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 %-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.
2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edil. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat, Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 %-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq", - o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: "Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 936 Tarix: 03 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-ın F-35 qərarı Yunanıstanı narahat etdi: Afina Türkiyədən zəmanət istəyir - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ administrasiyasının Türkiyəyə F-35 qırıcılarının satışına yaşıl işıq yandıra biləcəyi ilə bağlı müzakirələr Yunanıstanda ciddi narahatlıq yaradıb. Afina hesab edir ki, bu addım Egey dənizi və Şərqi Aralıq dənizində qüvvələr balansına təsir göstərə bilər. Yunanıstan rəsmiləri Vaşinqtonu mümkün satı
16:29 198 SON DƏQİQƏ! İran BƏƏ-ni raket və dronlarla hədəfə aldı - Gərginlik daha da artır
ABŞ-ın İrana endirdiyi son zərbələrdən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İran bu dəfə Birləşmiş Ərəb Əmirlikləridə daxil olmaqla bir sıra Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, hücumlar nəticəsində BƏƏ-nin hava hücumunda
21:06 133 "Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər
"Qarabağ"ın UEFA Avropa Liqasının ilk mərhələsi çərçivəsində "Vestri" ilə bu gün səfərdə oynayacağı matçın yayımı sual altındadır. Təmsilçimizin İslandiyada baş tutacaq cavab görüşü ölkəmizdə göstərilməsi düyünə düşüb. İlk oyunu yayımlayan "CBC Sport"dan -ın sorğusuna cava
16:09 206 Avropa İttifaqında Rusiyaya tur paketləri qadağan edilib
Avropa İttifaqında (Aİ) Rusiyaya tur paketlərinin satışı, eləcə də ölkənin turizm istiqaməti kimi tanıdılması qadağan edilib. Bu barədə portuqaliyalı analitik və hüquqşünas Aleşandri Gerreyru Rusiya KİV-ə müsahibəsində bildirib. "Bütün tur operatorlarına və turizm agentlikləri ilə əlaqəli bütü
21:45 33 Rusiyalı oliqarxlar kapitallarını xaricə çıxarır
Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda kapitallarını xaricə çıxarmağı sürətləndiriblər. Bu barədə "Bloomberg"
21:15 178 Bakıda açıq ərazidə yanğın başlayıb
Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
17:39 198 "1500 manatımı qaytar" - Hüseyndən Zaura tələb
Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluğa sənət aləmi də rəy bildirib. "Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib. Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da şərh yazıb
18:15 238 Katz, Hegseth ilə İran müharibəsi barədə danışdığını təsdiqlədi: "İsraili hər bir təhdiddən qorumağa sadiqdir"
İsrailin Müdafiə naziri İsrael Katz cümə axşamı günü verdiyi açıqlamada ABŞ Müdafiə naziri Pit Heqset ilə gecə vaxtı danışdığını təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Hegseth Katza ABŞ-ın İrandakı hərbi əməliyyatları barədə məlumat verib və hər iki tərəf mümkün hadisələr
13:05 196 Günəş şüasının orqanizmə faydası
Gün işığı orqanizmin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. O, bioloji saatın tənzimlənməsindən D vitamini sintezinə, immun sisteminin gücləndirilməsindən əhval-ruhiyyə və yuxu keyfiyyətinin yaxşılaşmasına qədər bir çox prosesə müsbət təsir göstərir. Axşam.az xəbər verir ki, günəş şüalar
17:15 162