Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibİyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib.

BiG.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasda çıxış edən Əli Əsədov gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib.

Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

"Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunub. Forumda MDB ölkələrindən gənclər fəal iştirak etmiş, çoxsaylı panel sessiyaları və dəyirmi masalar keçirilib", - deyə Ə.Əsədov əlavə edib.

İclas iştirakçılarının diqqəti, həmçinin 2025-ci ildə MDB çərçivəsində keçiriləcək mühüm mədəni və idman tədbirlərinə yönəldilib. Qeyd olunub ki, cari ilin 28 sentyabr - 8 oktyabr tarixlərində Gəncə və Azərbaycanın digər şəhərlərində MDB Ölkələrinin III İdman Oyunları keçiriləcək. Bu oyunlar 23 idman növünü əhatə edəcək.

"Artıq oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışların cədvəli və idman məkanları ilə bağlı məlumatlarla tanış olmaq mümkündür", - deyə Baş nazir bildirib.

Ə.Əsədov, həmçinin Laçın şəhərinin "2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqləndiyini qeyd edib. Həmin plana əsasən, konfransların, konsertlərin, sərgilərin, teatr və kino festivallarının keçirilməsi, həmçinin müsabiqələrin və media turların təşkili nəzərdə tutulur.

Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə həyata keçirilən tədbirlərdən danışan baş nazir vurğulayıb ki, Azərbaycan xalqı bu Qələbəyə həm cəbhədə, həm də arxa cəbhədə əhəmiyyətli töhfə verib.

Ə.Əsədov, həmçinin Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini xatırladıb.

"Bu baxımdan, Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub-saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artıb. Cari ilin ilk dörd ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur," - deyə o bildirib.

İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə.Əsədov qeyd edib ki, Günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə altı giqavat enerji təmin edəcək.

"Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır", - deyə Baş nazir əlavə edib.

Yekun olaraq, Azərbaycan Respublikasının Baş naziri MDB çərçivəsində hökumətlərarası səviyyədə sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu ifadə edib. Baş nazir bu əməkdaşlığın üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.

Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibƏli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibƏli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibƏli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibƏli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibƏli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edibƏli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib10:07

Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın paytaxtı Düşənbə şəhərinə işgüzar səfəri çərçivəsində MDB Hökumət Başçıları Şurasının üzvlərinin həmin ölkənin Prezidenti Emoməli Rəhmon ilə görüşündə iştirak edib.

BiG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

09:44

Bu gün Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası öz işinə başlayır.

BiG.AZ xəbər verir ki, artıq MDB üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Düşənbədəki "Millət Sarayı"na gəliblər.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistandan nümayəndələr iştirak edirlər.

Gündəliyin əsas mövzularına ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, sənaye əməkdaşlığının inkişafı, o cümlədən, ağır maşınqayırma, mədəni-humanitar qarşılıqlı fəaliyyət, səhiyyə, MDB məkanında könüllülər hərəkatının inkişafı daxildir.

Birlik çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş sənədlər paketinin imzalanacağı gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 508   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar

11.10.2026 167
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11.10.2026 144
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11.10.2026 160
.

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən

11.10.2026 190
.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11.10.2026 180
.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11.10.2026 214
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

11.10.2026 172
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11.10.2026 237
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11.10.2026 178
.