Yüksək təzyiqdə gündəlik qəhvə içmək olarmı?
Qəhvə qan damarlarını daraldır və bu da qan təzyiqinin yüksəlməsinə səbəb olur. Lakin bu, həmişə təhlükəlidirmi?
Lent.az bu mövzu ilə bağlı məlumatları sizə təqdim edir:
Qəhvə orqanizmə necə təsir edir?
Qəhvə stimulyatordur: Beynin və sinir sisteminin fəaliyyətini artırır, qan damarlarına və ürəyə təsir edir və bu təsir içdikdən sonra 0,5-2 saat ərzində davam edir.
Qəhvə qana keçir: Qana daxil olduqda hormonlar, beyin reseptorları və neyromediatorlarla qarşılıqlı təsir göstərir. Qəhvə qan damarlarının reaksiyasına səbəb olur: Arteriya və damarlar daralır, bu da qan təzyiqini yüksəldir. Qəhvə "qaç və ya mübarizə et" reaksiyasını işə salır: Ürək döyüntülərinin sürətini və qan təzyiqini artırır. Qəhvə içdikdən sonra sistolik (yuxarı) təzyiq 3-14 mm civə sütunu, diastolik (aşağı) təzyiq isə 4-13 mm civə sütunu qədər arta bilər. Məsələn, təzyiq 120/80 olarsa, qəhvə içdikdən sonra 134/93-ə qədər qalxa bilər.
Qəhvənin təzyiqə təsiri nədən asılıdır?
Yaş: Kofein gənclərə yaşlılara nisbətən daha güclü təsir edir. Bir araşdırmada yeniyetmələrdə qəhvədən sonra daha yüksək təzyiq artımı müşahidə olunub.
Cins: Bəzi araşdırmalar kişilərin kofeini qadınlardan daha sürətli metabolizə etdiyini göstərir.
Kofein mənbəyi: Qəhvə qara və ya yaşıl çaydan daha çox kofein ehtiva edir.
Qəhvənin növü və hazırlanma üsulu: Qəhvə dənələrinin növü və hazırlanma üsulundan asılı olaraq kofein miqdarı dəyişir.
Tolerantlıq: Təxminən 15 günlük müntəzəm qəhvə istifadəsindən sonra kofeinin təsiri azalır və əvvəlki effekti almaq üçün daha çox qəhvə tələb olunur.
Siqaret çəkmə: Nikotin metabolizmanı sürətləndirir və kofeinin qan təzyiqinə təsirini gücləndirir.
Hamiləlik: Hamilə qadınlar qəhvə istehlakını məhdudlaşdırmalıdır, çünki döl kofeini metabolizə edə bilmir.
Ürək-damar xəstəlikləri: Kofeinin müvəqqəti təzyiq artımı ürək-damar xəstəlikləri olan insanlar üçün daha təhlükəli ola bilər.
Yüksək təzyiqdə qəhvə içmək olarmı?
Qəhvə müvəqqəti olaraq təzyiqi qaldırsa da, xroniki hipertenziya riskini artırmır. Yüksək təzyiqdə qəhvə içmək olar, lakin bu, təzyiq səviyyənizdən və qəhvəni nə qədər müntəzəm içdiyinizdən asılıdır. Çox yüksək təzyiqdə diqqətli olmaq lazımdır. Bir araşdırmaya görə, hipertenziyanın II və III mərhələsində olan kofein həvəskarları gündə 1-2 əlavə fincan qəhvə içdikdə infarkt və insult riski ikiqat artır. Normal və ya I mərhələ hipertenziyada bu təsir müşahidə edilməyib. Orta miqdarda qəhvə (gündə 1-3 fincan) müntəzəm içənlər üçün faydalı ola bilər. 8780 Braziliyalı arasında aparılan bir araşdırmada müntəzəm qəhvə içənlərin yüksək təzyiq riski daha az olub.
Gündə neçə fincan qəhvə içmək olar?
Sağlam böyüklər üçün: 400 mq kofein (təxminən 3-4 fincan qəhvə).
12-18 yaşlı yeniyetmələr üçün: 100 mq kofein (1 fincan).
12 yaşa qədər uşaqlar üçün: çəkiyə görə 2,5 mq/kq kofein. Normadan artıq qəhvə qəbulu narahatlıq, ürək döyüntüsündə artım, baş ağrısı, həzm problemləri, yuxusuzluq və ürəkbulanma kimi simptomlara səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 839 Tarix: 05 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
11.10.2026 167 Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans
11.10.2026 144 Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
11.10.2026 160 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11.10.2026 190 "Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11.10.2026 180 Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
11.10.2026 214 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
11.10.2026 172 Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11.10.2026 237 Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11.10.2026 178