Azərbaycan xalqının qurtuluşu - 15 İyun
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi.
Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazilərini işğal etməsi ilə bağlı idi. Mövcud hakimiyyət nəinki erməni təcavüzünün qarşısını almaqda acizlik göstərir, habelə zəruri xalq müqavimətini təşkil etməkdə, təcavüzkara qarşı təsirli beynəlxalq təpkinin təşkilində inanılmaz səriştəsizlik və bacarıqsızlıq nümayiş etdirirdi.
Dövlət müstəqilliyin ilk illərinin doğurduğu digər ciddi problem ölkədə yaşanan siyasi böhranla əlaqədar idi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi böhranı daha da gücləndirir, xalqla hakimiyyət arasında uçurumu dərinləşdirirdi. Böhrandan çıxmaq üçün hakimiyyət tərəfindən ya təsirli tədbirlər görülmür, ya da görülənlər lazımi nəticə vermirdi. Hakimiyyətə etimadın artırılması baxımından vacib olan milli maraqların qorunması lazımi səviyyədə deyildi və hətta iqtidara gəlmək üçün hakimiyyət dəyişiklikləri bir sıra hallarda milli maraqlara xəyanət sayəsində mümkün olurdu. İfrat həddə çatmış siyasi böhran təbii olaraq açıq surətdə ifadə olunan hakimiyyətdaxili qarşıdurmalar, siyasi xaos və anarxiyanın tüğyanı ilə müşayiət edilirdi. Bunun fonunda ölkədə separatizm meylləri güclənir, Azərbaycan Respublikasını parçalamağa yönəlmiş hərəkatlar geniş vüsət alırdı.
Məhz belə bir dövrdə Ulu Öndər öz xilaskarlıq missiyasına başlamalı oldu. Ümummilli lider Azərbaycan ailəsinin sabitliyini təmin etməklə onun milli mənlik şüuru və milli iftixar hisslərini özünə qaytara bildi. O dövrün çətin psixoloji böhranlı, ümidsiz anlarında dünya ictimaiyyəti üçün müstəqilliyi bir çox hallarda hələ dərindən dərk edilə bilməyən ağır mərhələləri Azərbaycan xalqı öz dahi lideri ilə inamla addımlaya bildi. Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev siyasi partiyalar arasinda münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq edirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması sosial sifariş, tarixi zərurət idi. Bu Qaydış Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. 15 İyun, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən bir ölkə kimi tanınmasını şərtləndirdi. Ulu Öndərin təməlini qoyduğu düzgün siyasi xəttin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü ilə 30 il işğal altında qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü təmin etdi.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 09 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11.10.2026 211 Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il
11.10.2026 170 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün
11.10.2026 193 Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
11.10.2026 167 Gömrükdən 67 piton keçirənlər saxlanıldı
Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük
11.10.2026 242 Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə
11.10.2026 195 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 185 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11.10.2026 178 ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib. "Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb. "İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındak
11.10.2026 193