Gündə nə qədər gilas yemək olar? - Həkimdən vacib tövsiyələr
Gözoxşayan rəngi və şirin dadı ilə sevilən gilasın orqanizmə bir çox faydası olsa da, onun miqdarı düzgün tənzimlənməlidir. Gündə 200 qramdan artıq gilas yemək sağlamlıq üçün zərərdir.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı həkim Olqa Tarasova gazeta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, sağlam yetkinlər gündə 200 qram gilas yeyə bilər.
"Lakin şəkərli diabet və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslər bu miqdarı 150 qramla məhdudlaşdırmalıdırlar. Pankreatitin (mədəaltı vəzi iltihabı) kəskinləşməsi zamanı isə gilasdan tamamilə imtina edilməlidir", - deyə mütəxəssis bildirib.
Tarasova bildirir ki, gilas tərkibindəki 1,6 qram liflə bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və probiotik təsir göstərərək faydalı bakteriyaların artmasına şərait yaradır. Bundan əlavə, meyvənin tərkibindəki antosian piqmentləri mədə selikli qişada iltihabı azaldır, aşağı turşuluğu isə onu hətta qastriti olanlar üçün də təhlükəsiz edir.
"Gilas həmçinin qaraciyərin dostudur: tərkibindəki xlorogen turşusu oksidləşdirici stresi azaldır və detoks prosesini dəstəkləyir", - deyə o bildirib.
Həkim gilasın əsas yeməklə birlikdə yeyilməməsini tövsiyə edir:
"Gilası ya yeməkdən 30 dəqiqə əvvəl, ya da 1,5 saat sonra yemək lazımdır ki, dispepsik narahatlıqlar yaranmasın", - deyə mütəxəssis xəbərdarlıq edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 822 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArılar 35 dərəcə şaxtada belə sağ qalırlar
Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki
15.11.2026 312 Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı
Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus
14.11.2026 391 100 yaşa çatanların qidalanma sirri
Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric
15.11.2026 321 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 519 I Nikolayın qızının cehizi bu qiymətə satıldı
Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus çay-qəhvə dəsti Fransada keçirilən hərracda 321 min avrodan baha qiymətə satılıb. Axşam.az xəbər verir ki, bu barədə hərrac evi "Aguttes"in rəsmi saytında məlumat verilib. Hərracda səkkiz əşyadan ibarət dəstin 40-80 min avroya satılacağ
14.11.2026 300 Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri
Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları
13.11.2026 944 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 426 Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13.11.2026 518 Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14.11.2026 534