Şənbə günü 36 dərəcə isti olacaq

Şənbə günü 36 dərəcə isti olacaqİyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağıntın olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 593   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İş Axtarışı: Uğurlu Karyera Yolunda İlk Addım

Müasir dövrdə iş tapmaq prosesi getdikcə rəqəmsallaşır və müxtəlif sahələrdə karyera qurmaq istəyənlər üçün geniş imkanlar yaranır. İş axtaranlar üçün əsas məsələlərdən biri doğru platformanı seçmək, bacarıqlarına və təcrübəsinə uyğun vakansiyaları tapmaqdır. Əvvəllər iş elanları qəzetlərdə və tanışla

04.02.2025 826
.

Mirfərhad Həbibidən yeni musiqi sürprizi: "Mavi gözündə" klipi YouTube-da yayımlandı - VİDEO

Gənc ifaçı Mirfərhad Həbibi dinləyicilərin diqqətini yeni layihəsi ilə cəlb etməyə davam edir. BİG.AZ xəbər verir ki, sənətçi bu dəfə "Mavi gözündə" adlı yeni mahnısını təqdim edib. Musiqi ilə yanaşı, ifaçı mahnıya xüsusi olaraq çəkilmiş klipi də izləyicilərin ixtiyarına verib. Sözügedən ekra

06.05.2026 402
.

Erkən nigahlara görə cəzalar niyə artırılmır? - HÜQUQŞÜNAS AÇIQLADI

Son vaxtlar ölkədə erkən nigahların sayı durmadan artır. Xüsusi ilədə bölgələrdə 15-16 yaşında qızların özlərindən iki dəfə böyük 30-35 yaşlarında evləndirilməsi adi hal alıb. Elə bu yaxınlarda bölgələrimizdən birində erkən hamiləlik səbəbi ilə 17 yaşlı qız dünyasını dəyişdi. Bəs erkən nigahlara gör

03.12.2025 563
.

Şənbə günü 36 dərəcə isti olacaq

İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qər

20.06.2025 593
.

"Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi" adlı Forum keçirilib

13 May 2024-cü il tarixində Dreamland Kompleksində "Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" və Gənclər İnkişaf Naminə İctimai Birliklərinin birgə təşkilatçılığı ilə "Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi"

14.05.2024 1251
.

Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO

"Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub". xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini

17.04.2024 4480
.

"Zeynəb özü üçün gedir-gəlir" - Şəbnəm həmkarından NƏLƏR DANIŞDI?

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Maqazin plus" verilişində deyib. O, Türkan Vəlizadə və Zeynəb Həsəni ilə olan dostluqlarındakı soyuqluğun səbəbini də Zeynəbdə görüb. "Zeynəb də bizimlə bərabərdir. Amma Zeynəb özünə qapalı adamdır. Arada çıxıb gedən adamdır

27.11.2023 1845
.

Elçin Yusubov: Xocalı sakinlərinin yurdlarına köçürülməsi istiqamətində lazımi işlər görülür

Hazırda Xocalı sakinlərinin doğma yurdlarına qayıtması istiqamətində mühüm addımlar atılır. "Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Onun sözlərin

31.03.2024 1325
.

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün "iPhone 17", hər həftə "Zeekr 001" və sonda "Porsche Cayenne" avtomobili olmaqla

03.10.2025 680
.

TOP MP3