"Labubu" oyuncaqları və onun mümkün təsirləri: Hansı təhlükələrlə üz-üzəyik?

"Labubu" oyuncaqları və onun mümkün təsirləri: Hansı təhlükələrlə üz-üzəyik?Məşhur oyuncaqların istehsalçısı olan Çinin "Pop Mart" şirkətinin "Labubu" oyuncağı bir il ərzində böyük səs-küyə səbəb olub. Artıq Azərbaycanda da bu oyuncağa maraq get-gedə artır.

Xarakterik geniş dişli təbəssümlə məzəli "canavarlar"ı təsvir edən "Labubu" oyuncaqları "TikTok" sosial şəbəkəsində 2025-ci ildə yazın əsas trendinə çevrilib. Məhşur blogerlərin çantalarının və avtomobilin bəzəyinə çevrilməsi "Labubu" ətrafında geniş alıcı kütləsi formalaşdırıb.

Maraqlıdır, bəs görəsən, qəribə görüntüsü ilə qısa müddətdə fenomen olan "Labubu" oyuncaqları insanların psixologiyasına necə təsir edir? Onların ölkə ərazisində satışına nəzarət edilirmi?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Oxu.Az-ın suallarına cavab olaraq söyləyib ki, fenomen olan "Labubu" oyuncağının arxasında sadəcə istehlak mədəniyyəti deyil, eyni zamanda insan psixologiyasına təsir edən bir sıra mexanizmlər dayanır:

"Estetik cəhətdən fərqli, vizual olaraq həm şirin, həm də bir qədər sirli görünüşü ilə seçilən "Pop Mart"ın məşhur "Labubu" oyuncaqları artıq ölkəmizdə də bir çox insanın çantasının üzərində, avtomobil aksesuarı kimi və ya kolleksiya predmetləri olaraq yer almaqdadır. Bu fenomenin arxasında sadəcə istehlak mədəniyyəti deyil, eyni zamanda insan psixologiyasına təsir edən bir sıra mexanizmlər dayanır. Əlbəttə ki, bu oyuncaqlar uşaqların psixologiyasına öz təsirini göstərir. Belə ki, "Labubu" oyuncaqları antropomorfik (insanabənzər) formada hazırlandığı üçün uşaqlarda "canlandırma" instinktini gücləndirir. Bu da onların emosional tənzimlənməsinə və empatiya bacarığının inkişafına müəyyən təsir edə bilər. Çünki, uşaq bir oyuncağa duyğu yüklədikdə, onunla söhbət edir, hisslərini paylaşır və bu, tək qalma qorxusunu bəzən azalda bilir.

Bəzi "Labubu" dizaynlarında isə gözlər çox iri, ağız kəskin və qeyri-real ifadəli olur. Bu da xüsusilə 3-6 yaş arası uşaqlarda çaşqınlıq, narahatlıq və hətta gecə yuxularında qorxu hallarına səbəb ola bilər. Çünki, uşağın inkişaf mərhələsinə uyğun olmayan vizual stimullar psixoloji diskomfort yaradır. Əgər bu tip oyuncaqlarla davamlı qarşılaşma baş verirsə və valideyn tərəfindən yönləndirmə olmursa, uşaqlar gerçəkliklə fantaziyanı ayırd etməkdə çətinlik çəkə bilərlər. Bu da mücərrəd düşüncənin inkişafında pozucu faktor kimi çıxış edə bilər".

Psixoloq oyuncaqların böyüklərə də öz psixoloji təsirini göstərdiyini vurğulayıb:

"Belə ki, "Labubu" kimi "vintaj" estetikaya malik oyuncaqlar xüsusilə 1990-cı illər nəsli üçün nostalji hisslər oyadır. Bu tip aksesuarlar uşaqlıqla emosional bağlantı yaratmaq üçün bir vasitə olur. Xüsusilə stresli və urbanizasiyanın yaratdığı psixoloji təzyiqlərdən qaçmaq üçün bir növ "emosional təhlükəsizlik obyektinə" çevrilir. Bu oyuncaqlar eyni zamanda fərqliliyi simvolizə edirlər. Onu çantasında və ya avtomobilində daşıyan insan qeyri-adi zövq və "alternativ" baxış bucağı ilə özünü təqdim edir. Beləliklə, bu, fərdilik və sosial qrup identifikasiyası funksiyası daşıyır. Özünü ifadə etməyin yeni forması kimi qəbul olunur".

Onun sözlərinə görə "Labubu" kimi oyuncaqların bir çox hallarda "surprise box" (gizli qutu) formasında satılması və insanların hansı modeli aldığını bilmədən seçim etməsi dopamin axınını stimullaşdırır:

"Belə ki, insan yeni model tapana qədər alış-verişi təkrar edir. Uzunmüddətli dövrdə bu, kompulsiv istehlak davranışına, maliyyə nəzarətində çətinliklərə və psixoloji asılılığa səbəb ola bilir. Ona görə də, uşaqlara bu oyuncaqları alarkən onların yaşına uyğun vizual dizaynları seçmək vacibdir. Oyuncağın yalnız estetik deyil, psixoloji olaraq da təhlükəsiz olub-olmadığı nəzərdən keçirilməlidir. Eyni zamanda valideyn uşağın oyuncağa yanaşmasını müşahidə etməli, onun bu oyuncağa münasibəti haqqında söhbətlər aparmalıdır. Əgər bir uşaqda "Labubu" kimi oyuncaqlarla oynadıqdan sonra qorxu, narahatlıq, sosial təcrid və ya obsessiv davranışlar yaranırsa, bu halda psixoloq dəstəyi tövsiyə olunur. Çünki, bu tip oyuncaqlar zövq məsələsi olmaqla yanaşı, insan psixologiyası ilə çox incə tellərlə bağlıdır. Onların pozitiv və ya mənfi təsiri, daha çox istifadə formasına, yaş qrupuna və sosial kontekstə bağlı olaraq dəyişir. Psixoloji aspektləri düzgün qiymətləndirdikdə, bu tip oyuncaqlar estetik və emosional rifaha xidmət edə bilər. Əks halda bu, psixoloji diskomfort və kompulsiv davranışlara yol aça bilər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, əmtəə bazarına buraxılan bir çox malların, o cümlədən uşaq oyuncaqlarının təhlükəsizliyini təmin edən hər hansı qərar mövcud deyil:

"Əvvəllər Nazirlər Kabinetinin 343 saylı qərarı var idi. Bu qərara görə təhlükəsizliyi təmin olunan malların siyahısı mövcud idi. Ölkənin əmtəə bazarına mallar daxil olmadan öncə, həmçinin oyuncaqlar da ekspertizadan keçirilib yoxlanması gərəkli idi. Hazırda bu qərarın mövcud olmaması səbəbindən malların, o cümlədən uşaq oyuncaqlarının təhlükəsizliyi ilə bağlı qərar yoxdur. Oyuncaqları demək olar ki, heç kəs yoxlamır. Gömrük yoxlanışı zamanı onun VÖEN-inə, hansı ölkədən gətirildiyinə və sənədlərinə baxılır, daha sonra əmtəə bazarına buraxılır".

Sədrin sözlərinə görə, oyuncaqlar uşaqların tərbiyəsinin formalaşmasında böyük rola sahibdir:

"Oyuncaqların təhlükəsizliyindən savayı onların uşaqların tərbiyəsində də rolu böyükdür. Uşaqlara gəlincik deyəndə sarı saçlı "Barbie" oyuncaqlarını gözlərinin önünə gətirirlər. Təsadüfi deyil ki, ölkə ərazisində gedərək sarı saçlı xanımların sayı da artır. Hər bir oyuncaq gələcəkdə mala və əmtəəyə çevrilib daha böyük əmtəə olaraq satılır. Balaca uşaqların nə qədər avtomobili, gəlinciyi olar? Bu oyuncaqlar müasir əsrin mühüm məsələsi olan gözüdoymaz, acgöz istehlakçı yaradılması üçün böyük rol oynayır. Oyuncaqlar insanlarda "qamarla, dağıt, məhv elə, biri varsa, üçü də olsun, nə edirsən et, təki say artsın" şüurunun formalaşmasına səbəb olur. Biz nəfsi sonsuz olan istehlakçı dövründə yaşayırıq. Bizi bura gətirən marketoloqların yaratdıqları cəngəlliklərdir. İstehlakçılar həmin cəngəllikdə azırlar. Biz nəfsin başımıza açdığı oyunları hiss etmədən onun əsirinə çevrilirik".

Eyyub Hüseynov qeyd edib ki, sözügedən oyuncaqları da yoxlasalar, tərkibində zərərli maddələr aşkarlana bilər:

"Oyuncaqların hazırlanmasında rənglərdən istifadə olunduğu məlumdur. Rənglərin isə tərkibində ağır metallar olur ki, bunlar da güclü zəhərləndiricilərdir. Bunların tədqiqatı heç yerdə aparılmır. Uşaqları və böyükləri ağır xəstəliklərə sürükləyən amillərdən biri də budur. Ölkədə təəssüf ki, yerli oyuncaq istehsal edən müəssisə yoxdur. Bazarda xaos hökm sürür".

Dövlət Gömrük Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisinə kommersiya maraqları üçün nəzərdə tutulan məhsulların gətirilməsi zamanı müvafiq sənədlər yoxlanılır:

"Müvafiq sənədlər olmadığı təqdirdə, ölkə ərazisinə idxalına icazə verilmir. Yalnız sənədləri qaydasında olan məhsulların ölkə ərazisinə buraxılmasına icazə verilir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2407   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu

Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma

21.06.2026 395
.

Tanrını görmək üçün 5 ildir ayaqüstə dayanır

Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir. xarici mediaya istinadla xəbər verir ki, Daulat Gir

21.06.2026 375
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

23.06.2026 887
.

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

Bir cütlüyün kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza sahib çıxması gözlənilməz hadisə ilə nəticələnib. BBC -yə istinadən xəbər verir ki, bu hadisə bütün Brazilyanı şoka salıb. Ər-arvad kilsədə gördükləri qıza evlad kimi yanaşıb, ona yardım etməyə və həyatına dəstək olmağa çalışıblar

21.06.2026 261
.

Mənzillər üçün ən uyğun dolab növləri hansıdır?

Mənzillərdə istifadə olunan dolablar quruluşuna və təyinatına görə bir neçə kateqoriyaya bölünür. Ən çox rast gəlinən növlər qapılı dolablar, sürgülü qapılı dolablar, qarderob sistemləri, künc dolabları və çoxfunksiyalı dolablardır. Qapılı dolablar klassik modellər hesab olunur və daxili bölmələrə raha

24.06.2026 335
.

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Mütəxəssislər bildirirlər ki, maliyyə uğuru və sərvət toplamaq təkcə yüksək gəlirdən və ya pul idarəetməsi biliklərindən asılı deyil. Uzunmüddətli perspektivdə zənginləşmək istəyən insanların mənimsəməli olduğu iki əsas vərdiş maliyyə qərarlarında həlledici rol oynayır. xəbər verir ki, amerikalı psixolo

27.06.2026 211
.

Avtomobil təkərləri niyə məhz qara rəngdədir?

Avtomobil təkərlərinin niyə tamamilə qara rəngdə olması uzun illərdir maraq doğuran mövzulardan biridir. İlk istehsal olunan təkərlər əslində açıq rəngli idi. Lakin sonradan istehsalçılar qara rəngin sadəcə estetik bir seçim deyil, həm də təkərlərin davamlılığını əhəmiyyətli dərəcədə artıran bir ami

28.06.2026 196
.

Pikassonun oğurlanmış tablosu tapıldı

Fransanın Val-de-Marn departamentinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı ispan rəssam Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkar ediblər. xəbər verir ki, bu barədə "Actu17"

21.06.2026 418
.

Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı

Alimlər müəyyən ediblər ki, pişiklə ünsiyyət qurmağın ən sadə yollarından biri yavaş-yavaş göz qırpmaqdır. xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri yazıb. Nəşrin məlumatına görə, aparılan araşdırmalar göstərib ki, pişiklər gözlərini qıyaraq və yavaş-yavaş göz qırpan insanlarla daha asa

21.06.2026 322
.

TOP MP3