Maşınlarını işçilərə yuduzduran direktor və müavini - Cəzalandırılacaq
Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.
BiG.AZ "Oxu.az"a istinadən xəbər verir ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur.
Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.
İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.
Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla "hazırda yoxdur, sonra qaytaracağam" cavabını verdiyi deyilir.
Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində "Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var - verirsən, işin həll olunur", kimi ifadələr işlətdiyi iddia olunur.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.
Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:
"Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1067 Tarix: 27 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ İran əleyhinə yeni sanksiyalar tətbiq etdi
ABŞ tanınmış iranlı iş adamı Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli olduğu iddia edilən 50-dən çox şəxsə, təşkilata və gəmiyə qarşı sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu sanksiyalar ikili Rusiya-İran vətəndaşlığına malik iş adamı Əli Rəhbərmədanin
15.07.2026 148 Sakinlər mərasim evindən narazıdır - Sahibkar "Mən ağlamağa icazə vermirəm" deyir
Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Baku TV"yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməs
15.07.2026 289 Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)
İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər
15.07.2026 166 Donald Tramp: "Biz onların bütün elektrik stansiyalarını sıradan çıxaracağıq"
Tramp Tehran danışıqlar aparmazsa, İran infrastrukturuna zərbə vurmaqla bağlı əvvəlki təhdidini yenidən təkrarlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı Fox News-a verdiyi müsahibədə deyib: "Enerji hədəflərini sona saxlayacağam, amma sonda enerji hədəflərinə çatacağıq"
15.07.2026 200 Bu ölkənin prezidenti evsiz qaldı
Cənubi Koreya prezidenti Li Ce Men özünə məxsus yeganə mənzili satıb. xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini hələ fevral ayında satışa çıxarıb. Məqsəd hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi istiqamətində həyat
15.07.2026 215 Azərbaycanda "Temu" sahibi barəsində iş qaldırılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Dövlət Agentliyinin açıqladığı "2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabə
15.07.2026 193 Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR
Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb. -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanları
15.07.2026 126 Ebola epidemiyası ilə bağlı qorxulu AÇIQLAMA
Ebola qızdırmasının yayılmasının qarşısını almaq getdikcə çətinləşir. Bu barədə beynəlxalq humanitar təşkilat olan "Sərhədsiz həkimlər" açıqlama verib. xarici mediaya istinadla xəbər verir ki, virusa yoluxanların sayı sürətlə artır və bu səbəbdən vəziyyəti nəzarət altında saxlamaq getdikc
15.07.2026 190 "Kompleksim olsaydı, bu reklama çəkilməzdim"
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib. Axşam.az-ın məlumtına görə, aktrisa tənqidlərə belə cavab verib:. "İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara is
15.07.2026 380