Mustafa Sandala məhkəmədən PİS XƏBƏR

Mustafa Sandala məhkəmədən PİS XƏBƏRMəşhur müğənni Mustafa Sandal Etilerdə ultra lüks kompleksdə kirayə qaldığı mənzilə görə ev sahibi ilə məhkəməlik olub.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, 65 min lirə kirayə haqqının az olduğunu iddia edən ev sahibi yeni kirayə üçün 170 min lirə tələb edib. Ekspertizanın rəyindən sonra məhkəmə aylıq kirayə haqqının 135 min lirə olacağına qərar verib.

Məşhur müğənni Mustafa Sandal İstanbulun məşhur məhəllələrindən biri olan Etilerdə kirayə qaldığı ultra lüks mənzilə görə məhkəməyə verilib. Ev sahibi İrem Argat, kirayə haqqının illərdir müqayisə oluna biləndən çox aşağı olduğunu iddia edərək məhkəməyə müraciət edib. Tərəflər arasında vasitəçilik nəticəsiz qaldığından iş məhkəməyə qədər gedib çıxıb.

2018-ci ildə Etilerdəki "Savoy Site"sindəki 3+1 mənzilini Mustafa Sandala kirayə verən İrem Argat, kirayə haqqının mövcud bazar şərtləri ilə müqayisədə olduqca aşağı olduğunu iddia edib. Məlumata görə, Argatın vəkilləri ərizələrində "Eyni keyfiyyətdə olan mənzillərin kirayə haqqı 200-220 min lirə arasında dəyişdiyi halda, müvəkkilimizin 65 min lirə ilə razılaşacağını gözləmək olmaz" deyib.

Ev sahibi kirayə haqqının ayda 170 min lirəyə qaldırılması tələbi ilə prosesə başladıqda və vasitəçilik yolu ilə razılığa gələ bilməyincə, İstanbul Sülh Məhkəməsi işə qarışıb.

Sandalın vəkilləri bu tələbin real olmadığını müdafiə edərək, işin rədd edilməsini istəyiblər. Məhkəmə kirayə haqqının yenidən qiymətləndirilməsi üçün mənzilin ekspertizasının keçirilməsinə qərar verib.

Mütəxəssislər tərəfindən hazırlanan hesabatda evin cari bazar dəyəri nəzərə alınmaqla kirayə haqqının 150 min lirə olması lazım olduğu bildirilib. Ancaq məhkəmə bu məbləğə 10 faiz səhm endirimi tətbiq edib və yeni kirayə haqqının ayda 135 min lirə olaraq təyin olunmasına qərar verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 27 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

11:00 151
.

ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi

10.10.2026 240
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud

10:45 135
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 208
.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

11:30 143
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10.10.2026 215
.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10:30 176
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 243
.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

15:20 0
.