Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
Uşaqlar arasında parvovirus yayılıb.
Valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur.
İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib. O bildirib ki, uşağın üzü qızarıb və az-az qarın nahiyəsindən başlayaraq belinə qədər səpgilər əmələ gəlib, daha sonra isə hərarəti yüksəlib:
"Birinci allergiyadan olduğunu düşündük, lakin sonra uşağın üz-gözü şişdi. Müayinə zamanı "5-ci xəstəlik" adlandırılan parvovirusa yoluxma diaqnozu qoyuldu".
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran infeksionist Mərdan Əliyev qeyd edib ki, parvovirus, kəskin respirator viruslarda olduğu kimi, hava-damcı, yəni tənəffüs yolu ilə insandan-insana yoluxur:
"Özünü qızdırma, yanaq nahiyəsində qızartı, şişkinliklə büruzə verir. Adətən, qızdırma 37-37.5 dərəcəyə qədər yüksəlir. Yüngül gedişli xəstəlikdir. Xroniki xəstəliyi olan şəxslər, əsasən, risk qrupuna daxildir. Eyni zamanda, hamilə qadınlar və yaşlı xəstələrdə ağırlaşmalar müşahidə oluna bilər. Beş yaşına qədər uşaqlarda isə hərarət kifayət qədər yüksələ bilir".
İnfeksionistin sözlərinə görə, xəstəlik uşaqdan böyüyə keçə bilər:
"Böyüklərdə, həmçinin sağlam şəxslərdə, immuniteti yüksək olanlarda simptomsuz müşahidə edilir. Spesifik müalicəsi yoxdur. Simptomatik müalicə aparılır. Bu virusa yoluxan şəxs, adətən, bir həftəyə sağalır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşToyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 1 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1079 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501