Valideynlər TƏŞVİŞDƏ - Məktəbli formalarının rəngi DƏYİŞİR?

Valideynlər TƏŞVİŞDƏ - Məktəbli formalarının rəngi DƏYİŞİR?Bəzi məktəblərdə geyim formalarının rənginin yenilənəcəyi ilə bağlı valideynlərə xəbərdarlıq olunub. Onlar ötən il aldıqları formanın artıq bu il istifadə olunmayacağına görə narahatlıq keçirirlər. Xüsusilə ibtidai sinifdə oxuyan şagirdlərin valideynləri hazırki formaların hələ də istifadə üçün yararlı olduğunu deyərək, bu dəyişikliyin əlavə maliyyə yükü yaradacağından gileyləniblər. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən bu barədə hər hansı qərar verilmədiyini diqqətə çatdırıblar.

Məlum olduğu kimi, məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiq olunur və normativ hüquqi bazaya əsaslanır:

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən, məktəbli formaları ilə bağlı vahid tələblər və standartlar mövcuddur. Bu formalar ölkə üzrə müəyyən olunmuş model və rəng çalarları daxilində seçilir.

Bəzi hallarda məktəb rəhbərləri və ya valideyn komitələri "nizam-intizamı artırmaq", "birörnəklik yaratmaq" kimi səbəblərlə forma ilə bağlı əlavə tələblər irəli sürə bilər.

Amma bu dəyişiklik yalnız valideynlərin razılığı və Təhsil Nazirliyinin tövsiyələri əsasında həyata keçirilə bilər. Məcburi xarakter daşıya bilməz.

Bəs belə olduğu halda məktəb özbaşına qərar vermək səlahiyyətini özündə necə tapır?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında qeyd edib ki, məktəb bu məsələdə birmənalı şəkildə qərar verə bilməz:

"Çünki sözügedən qaydalar normativ-hüquqi baza və müvafiq sənədlərlə müəyyən edilir. Elm və Təhsil Nazirliyi məktəblilər üçün geyim formalarını bir neçə variant üzrə təsdiq edib. Valideynlərin razılığı nəzərə alınmaqla şagirdlər bu formalar arasından seçim edə bilərlər.

Lakin burada vacib məqam ondan ibarətdir ki, normativ aktlarda hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin təsdiqi və valideyn komitələrinin birgə razılığı əsasında həyata keçirilə bilər. Yəni heç kim fərdi şəkildə bu qaydaları pozaraq formaya dəyişiklik edə bilməz", - deyə ekspert vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2254   Tarix: 28 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

11:00 151
.

ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi

10.10.2026 240
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. BİG.AZ "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən sud

10:45 135
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 208
.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

11:30 143
.

Türkiyədə siqaret satışında yeni qayda: Şəxsiyyət vəsiqəsi tələb ediləcək

"Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunacaq. Müvafiq qanun layihəsini bir neçə həftə ərzində parlamentə təqdim edəcəyik". "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu danışıb. Onun sözlərinə görə, siqaretlə mübariz

10.10.2026 215
.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10:30 176
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 243
.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

15:20 0
.