Özünə bəysiz toy etmişdi, MEYİTİ KOLLUQDAN TAPILDI – FOTO

Özünə bəysiz toy etmişdi, MEYİTİ KOLLUQDAN TAPILDI – FOTOTürkiyənin Adana bölgəsində ötən il özünə bəysiz toy edərək gündəmə gələn qocalar evinin sakini Sümbül Topbaşın meşəlik ərazidə meyiti tapılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı qadın iki gün əvvəl ərzaq mağazasına getmək üçün qocalar evindən çıxıb və geri qayıtmayıb.

Hadisə yerli vaxtla saat 22:00 radələrində Çukurova rayonu Kurttepe Məhəlləsində baş verib.

Sakinlər Çukurova Dövlət Xəstəxanasının yaxınlığındakı kolluqda hərəkətsiz vəziyyətdə uzanan qadını görüb. Əraziyə polis və təcili tibbi yardım cəlb edilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra qadının öldüyü müəyyən edilib.

Topbaşın bədənində heç bir xəsarət və yara izi aşkarlanmayıb.

Qadının ölüm səbəbi aparılan araşdırmadan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Sümbül Topbaş ötən il keçirilən simvolik toyu ilə gündəmə gəlmişdi.

O, Yüreğir mahalının Köprülü Məhəlləsində tək yaşayıb və gənclik illərində aşiq olduğu insana qovuşa bilmədiyi üçün heç evlənməyib.

Topbaş 2023-cü ildə Seyhan Qocalar Evi Yaşlılara Baxım və Reabilitasiya Mərkəzində məskunlaşıb.

O, yeni dostları və qocalar evinin işçiləri ilə söhbət edərkən heç vaxt evlənmədiyi üçün ağ gəlinlik geyinə bilməməsindən danışıb. İşçilərin müraciətindən sonra Ailə və Sosial Xidmətlər Vilayət Müdirliyi qadının gənclik arzusunu reallaşdırmaq qərarına gəlib. Qurum müxtəlif qeyri-hökumət təşkilatlarının dəstəyi ilə yaşlı qadın üçün toy mərasimi təşkil edib. 82 yaşında ağ gəlinlik geyinən S.Topbaş şadlıq sarayında nağara və zurnanın müşayiəti ilə əylənib.

Özünə bəysiz toy etmişdi, MEYİTİ KOLLUQDAN TAPILDI – FOTOÖzünə bəysiz toy etmişdi, MEYİTİ KOLLUQDAN TAPILDI – FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 953   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?

Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo

20.09.2026 282
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 159
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 213
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 288
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

20.09.2026 225
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20.09.2026 223
.

Qeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?

Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +

27.09.2026 194
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20.09.2026 342
.

Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi

Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala

27.09.2026 427
.