Silkələnmələr, səs-küy, sızmalar: Ötürmə qutusunda problemləri vaxtında aşkar etməyin üsulları
"Sürət qutusunun tezliklə sıradan çıxacağını öncədən göstərən əlamətləri vaxtında görmək mümkündür".
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Vadim Strelbitski danışıb.
Mütəxəssisin sözlərinə görə, mexaniki sürət qutuları üçün ilk xəbərdarlıq siqnalı ötürmələrdəki dəyişikliklər zamanı yaranan problemlərdir.
"Əgər ötürücü qolu çətinliklə hərəkət edirsə, xırçıldama və ya metal sürtünməsi səsləri eşidilirsə, sürətlər dəqiq keçmirsə - bu, artıq nasazlığın aydın göstəricisidir. Robotlaşdırılmış qutularda isə bu cür nasazlıqlar ötürmələr arasında gecikmələr, tullanma və ya "boşluq" şəklində üzə çıxır. Bu, əksər hallarda muftanın sıradan çıxması, sinxronizatorların köhnəlməsi və ya ötürmə mayesinin azlığı ilə bağlı olur.
Avtomatik sürət qutuları və variatorlar isə adətən nasazlıq zamanı sürətlənmə zamanı sarsıntılar, sürüşmə (slip) və ya hərəkətə keçmədə gecikmə ilə siqnal verir".
Ekspert bildirib ki, ən narahatedici əlamət sürət dəyişərkən avtomobilin silkələnməsidir.
Strelbitski əlavə edib ki, sürət qutusu tərəfindən gələn istənilən qeyri-adi səslər sürücünü narahat etməlidir.
"Sürət yığdıqca artan uğultu, metal sürtünməsi və ya titrəyiş, neytral ötürmədə (xüsusən mexaniki qutularda) metal zərbə səsləri - bütün bunlar diyircəklərdə, dişli çarxlarda köhnəlmə və ya yağlamanın çatışmazlığından xəbər verir. Nasazlıq barədə vizual əlamət də, məsələn ötürmə mayesinin sızması ola bilər. Avtomobilin altında qırmızımtıl və ya qəhvəyi rəngdə ləkələrin görünməsi, eyni zamanda yağ səviyyəsinin tədricən aşağı düşməsi ciddi narahatlıq üçün əsasdır. Yağ çatışmazlığı tez bir zamanda detal aşınmasını artırır. İlk əlamətlər meydana çıxan kimi peşəkar servisdə yoxlama aparılması tövsiyə olunur. Təmirin gecikdirilməsi sürət qutusunun tam sıradan çıxmasına səbəb ola bilər".
Vadim Strelbitski qeyd edir ki, ötürmə mayesinin planlı şəkildə dəyişdirilməsi vacib şərtdir: avtomatik qutular hər 60-100 min km-dən bir, mexaniki qutular isə 80-120 min km-dən bir dəyişdirilməlidir: "Bundan əlavə, xüsusən qızmamış sürət qutusunda kəskin startlardan və həddindən artıq yükləmədən çəkinmək tövsiyə olunur", - deyə o bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 629 Tarix: 29 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI
Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü
00:15 350 Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
00:19 271 Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
00:44 354 Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb
2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay
10.10.2026 194 Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili
00:17 240 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 215 Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu
10.10.2026 210 ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d
10.10.2026 209 ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10.10.2026 240