Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir

Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdirRusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bu kimi hadisələr Rusiyada ilk deyil:

"Rusiyada birinci dəfə deyil ki, etnik azlıqlara qarşı bu cür təzyiqlər, qətllər və bu kimi oxşar hadisələr baş verir. Bu cür qəbulolunmaz münasibətə MDB dövlətləri zaman-zaman ən yüksək etirazlarını bildiriblər. Belə görünür ki, bu cür addımlar Rusiyanın daxili siyasətinin bir trendidir".

Tofiq Zülfüqarov məhkəmə hökmü olmadan bu cür münasibət, işgəncə, ölüm və sair kimi amillərə yalnız cinayət adını vermək olduğunu qeyd edib:

"Azərbaycan dərhal bu hadisəyə öz etirazını bildirdi. Burada iki əsas məsələyə diqqət çəkmək istəyirəm. Kütləvi həbs və işgəncəyə məruz qalanlar əgər Azərbaycan vətəndaşıdırsa, o halda, Azərbaycanın onların hüquqlarını müdafiəsi baxımından imkanları genişdir, amma eyni zamanda, aralarında Rusiya vətəndaşlığını qəbul edənlər də var ki, onların bu münasibətdən sonra hüquqlarının müdafiəsi üçün Azərbaycan tərəfinin imkanları bir qədər məhduddur".

Sabiq xarici işlər naziri Rusiya rəhbərliyi daxilində aşkar formada müxtəlif güc mərkəzlərinin olduğuna diqqət çəkib:

"Onlar həm öz aralarında ciddi konfliktlər yaşayırlar, həm də müxtəıif ölkələri konkret hədəf kimi seçirlər. Buna uyğun olaraq da mənfi yönümlü siyasət həyata keçirirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan özünə qarşı, öz vətəndaşlarına qarşı yürüdülən bu cür kampaniya və siyasətlərin məsuliyyətini məhz rəhbərlikdə görür və tamamilə haqlıdır".

Politoloq Rusiyanın bu cür münasibətinin qəbuledilməz olduğunu deyərək Azərbaycanla Rusiya arasında müttəfiqlik məsələsini xatırladıb:

"Ümumilikdə iki dövlət arasında müxtəlif sahələrə aid 400-dən çox sənəd imzalanıb. Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində bəyanatı göstərir ki, Rusiyanın belə bir qəbuledilməz addımlarına heç bir cavab yoxdur, varsa da, qənaətbəxş deyil. Məsələ beynəlxalq ictimaiyyətə də lazımi formada çatdırılıb və müxtəlif xarici media orqanlarında bununla bağlı müzakirələr aparılır".

T. Zülfüqarov Rusiyada yaşayan azərbaycanlıların bundan sonrakı taleyi barədə də fikirlərini ifadə edib:

"Onların bir qismi miqrant kimi, bir qismi Rusiya vətəndaşlığını qəbul etmiş formada oradadır. Hər iki halda, əgər Rusiyanın Azərbaycana və azərbaycanlılara münasibəti dəyişməzsə, yəqin ki, o adamlar Rusiyada yaşayıb-yaşamamamalrı barədə bir daha düşünməlidirlər".

Keçmiş nazir qonşu və müttəfiq ölkə kimi Rusiyadan fərqli münasibət gözlədiyini qeyd edib:

"Aktauda baş verən təyarə hadisəsi, daha sonra azərbaycanlı deputatın Hava Limanında saxlanılması və bu hadisə... Biz bu hadisələrə Rusiya tərəfindən fərqli münasibət gözləyirdik. Çünki sadaladığımız müttəfiqlik və qonşuluq münasibəti belə tələb edir. Amma görürük ki, Rusiya tərəfindən bəzi məqmlarda həta beynəlxalq qanunlara uyğun olmayan addımlar atıldı. Rusiya ümumi qonşuluq və müttəfiqlik münasibətlərini bir daha düşünməli, nəzərdən keçirməli və ona uyğun laızmi addımlar atmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 29 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 180
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10.10.2026 212
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11:13 403
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 207
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10.10.2026 192
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

00:38 278
.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

10.10.2026 195
.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10.10.2026 278
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 344
.