Qarpız-yemişi dənizdə yeməyin- Mütəxəssislər xəbərdarlıq edir

Qarpız-yemişi dənizdə yeməyin- Mütəxəssislər xəbərdarlıq edirYayın ən yaxşı fəaliyyətlərindən biri çimərliyə getməkdir. Hamının yalnızca çimmək üçün getdiyi dənizə biz milli xüsusiyyətimizə uyğun həm də, yeməyə gedirik. Bakının sahilində çox az adamı dənizə gedərkən qarpız-yemişsiz, pendir-çörəksiz görmək olar.

Soyuq sudan çıxıb, saatlarla gün altında qalan qarpız-yemişi yemək faydalıdırmı?

Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bədən temperaturu ilə qidanın temperaturu arasındakı kəskin fərq sağlamlıq riskləri yarada bilər:

Dənizdən çıxmış bədənin daxili istiliyi aşağı olur, bu zaman soyuq qidaların, xüsusilə də qarpız, yemiş kimi sulu meyvələrin qəbul edilməsi mədə spazmı və qıcqırma və bağırsaq pozğunluqları yarana bilər. Hətta soyuq meyvə və giləmevələr həssas şəxslərdə ürəkbulanma və başgicəllənmə də yaradır.

Qarpız bu şəxslər üçün daha risklidir

Qarpız və yemiş yayda bədənə su və enerji verən əla meyvələrdir. Onlar A, C vitamini, elektrolitlər və antioksidantlarla zəngindir. Lakin bu meyvələrin çox soyuq halda, dənizdən dərhal sonra yeyilməsi orqanizm üçün uyğun deyil. Bu, xüsusilə uşaqlar, yaşlılar və zəif immuniteti olan şəxslər üçün risklidir.

Çimərlikdə meyvə yeməyin uyğun zamanı

Dənizdən çıxdıqdan ən azı 20-30 dəqiqə sonra meyvə yeyilməsi orqanizmdə yaranacaq problemlərin qarşısını alır. Bu zaman diqqət edilməli olan məqam meyvələrin kölgədə, amma çox soyuq olmayacaq şəkildə saxlanılmasıdır. Çimərlikdə günəşin altında çox qalmış meyvələri yemək isə təhlükəlidir, çünki günəş şüaları onlardakı bakteriyaların sayını artırır.

Dənizdən sonra ilıq və yüngül qidalar seçin

Dietoloqlar tövsiyyə edir ki, əgər dənizdən sonra aclıq hiss edirsinizsə, ilıq və yüngül qidalar seçin.Quru meyvələr (xurma, ərik), qatıq və ya kefir, suxari və s. kimi qidalar həm mədəni qoruyur, həm də bədənin enerji balansını bərpa etməyə kömək edir.

Soyuq dənizdən çıxıb dərhal bu soyuq meyvə, giləmeyvə və tərəvəz yemək mədə-bağırsaq problemləri, hətta bədən temperaturunun pozulmasını ilə nəticələnə bilər. Sağlam və təhlükəsiz yay istirahəti üçün bədənə vaxt verin, meyvələri düzgün saxlayın və balanslı qidalanmanı unutmayın.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1317   Tarix: 30 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 664
.

Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?

Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"

17.11.2026 1
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1079
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.