"Reallığı gizlətmək yox, açıq şəkildə etiraf etmək lazımdır"-EKSPERTDƏN AÇIQLAMA

"Reallığı gizlətmək yox, açıq şəkildə etiraf etmək lazımdır"-EKSPERTDƏN AÇIQLAMA"Azərbaycanda müəllimlərin işə qəbulu və sertifikasiya prosesi hər il başa çatdıqdan sonra ortaya çıxan narazılıqların məzmunu və mahiyyəti eynidir: imtahan suallarının çətinliyi, sualların cavablandırılmasının mümkün olmaması, texniki və metodoloji uyğunsuzluqlar. Bu iddialar əsasən imtahanda aşağı nəticə göstərən şəxslər tərəfindən irəli sürülür. Amma təhlil göstərir ki, problemin səbəbi nə testlərin səviyyəsində, nə də imtahanın formatındadır. Əsas problem müəllim hazırlığının keyfiyyətində, imtahana hazırlıq səviyyəsindəki fərqlərdə və fərdi məsuliyyətin yetərsizliyindədir. Bu reallığı gizlətmək yox, açıq şəkildə etiraf etmək və dəyişmək lazımdır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, sertifikasiya və işə qəbul imtahanları bir tərəfdən müəllimin ixtisas biliklərini, digər tərəfdən isə pedaqoji, metodoloji hazırlığını yoxlayır. Bu imtahanlar Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 28-ci maddəsində əks olunan "müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və daim artırılması" prinsipi əsasında həyata keçirilir. Eyni zamanda "Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sertifikatlaşdırılması Qaydaları"na əsasən, müəllimin fəaliyyəti onun bilik və bacarıqları, kurikulum üzrə təlim metodikası, qiymətləndirmə strategiyaları və şagird yönümlü tədris yanaşması əsasında qiymətləndirilir. Bu isə onu göstərir ki, proses yalnız test imtahanı deyil, müəllimin təhsildəki funksional roluna verilən obyektiv və sistemli qiymətdir:

"Reallığı gizlətmək yox, açıq şəkildə etiraf etmək lazımdır"-EKSPERTDƏN AÇIQLAMA"2024-cü il üzrə sertifikasiya mərhələsində iştirak edən müəllimlərin 52 faizi minimum keçid balını toplaya bilməyib. Bu o deməkdir ki, sistemdə olan hər iki müəllimdən biri ya kurikulumla işləməyi bacarmır, ya da öz ixtisası üzrə əsas bilik və anlayışlara malik deyil. Bu isə təkcə müəllim üçün yox, bütövlükdə şagirdin gələcəyi və təhsilin keyfiyyəti üçün təhlükə deməkdir. Əgər müəllim 40 və ya 50 sualın yarısından azına düzgün cavab verirsə, o zaman sinifdə dərs dediyi şagirdin hansı nəticəni göstərməsi gözlənilir?

Bu cür zəif nəticələrə baxmayaraq, bəzi müəllimlər imtahan suallarının düzgün tərtib olunmadığını, başa düşülmədiyini və qeyri-müəyyən olduğunu əsas gətirərək məsuliyyəti sistemin üzərinə atmağa çalışır. Halbuki Dövlət İmtahan Mərkəzinin hər il dərc etdiyi test nümunələri, təlimatlar, qiymətləndirmə meyarları və təhlil materialları əvvəlcədən açıq şəkildə təqdim olunur. İmtahanlara qədər keçirilən yüzlərlə ödənişsiz hazırlıq kursları, onlayn platformalar, video dərslər və simulyasiya testləri mövcuddur. Bu resurslardan istifadə etməyən, hazırlıqsız şəkildə imtahana qatılıb sonra narazılıq edən şəxslərin etirazı təhsil sisteminə yox, öz məsuliyyətsizliyinə yönəlməlidir.

Dünya təcrübəsində müəllimlərin sertifikasiyası və işə qəbul imtahanları keyfiyyətin əsas təminat mexanizmlərindən biridir. Finlandiyada müəllim olmaq üçün yalnız bakalavr deyil, magistr səviyyəsində pedaqoji təhsil tələb olunur. İmtahan prosesi yalnız bilik yoxlaması deyil, praktiki səriştələrin qiymətləndirilməsi ilə müşayiət olunur. Sinqapurda isə müəllimlər yalnız ciddi seçim mərhələsindən keçdikdən sonra məktəbdə işləməyə başlayırlar və hər üç ildən bir peşəkar inkişaf üzrə hesabat təqdim etməlidirlər. Bu sistemlərdə əsas məqsəd savadlı və peşəkar müəllimin məktəbdə olmasıdır. Azərbaycanda tətbiq edilən sertifikasiya və MİQ imtahanları da bu məqsədə xidmət edir: təhsili yüksəltmək, müəllimlərin hazırlıq səviyyəsini artırmaq və şagirdə keyfiyyətli tədris imkanını təmin etmək".
"Reallığı gizlətmək yox, açıq şəkildə etiraf etmək lazımdır"-EKSPERTDƏN AÇIQLAMAEkspert onu da qeyd edib ki, müəllimlərin bu prosesə etirazı əgər sistemli şəkildə zəif nəticə göstərənlərdən gəlirsə, bu zaman məsələ fərdi uğursuzluğun kollektiv bəraətə çevrilməsi riskini daşıyır. Hazırlıqlı olan, peşəkar və məsuliyyətli müəllimlər imtahanlardan keçirlər, daha yüksək maaş alırlar, statusları möhkəmlənir. Bu sistemi tənqid edənlər isə əksər hallarda öz hazırlıq səviyyəsinin yetərsizliyini etiraf etmədən sistemə hücum edirlər. Bu isə cəmiyyətdə müəllim peşəsinə olan inamı sarsıdır və ictimai fikirdə yanlış təsəvvür yaradır:

"Əgər bu vəziyyət davam edərsə, təhsildə keyfiyyət böhranı daha da dərinləşəcək. Lakin əgər sertifikasiya prosesi davamlı və ardıcıl şəkildə aparılarsa, bu, müəllimlərin fərdi məsuliyyətini artıracaq, sistemdən savadsız və səriştəsiz şəxslər uzaqlaşdırılacaq, şagirdlərin tədris keyfiyyəti yüksələcək, eyni zamanda təhsil sahəsində ictimai etimad bərpa olunacaq. Bu keçid dövrü müəllimlər üçün təlim proqramları, müvafiq dəstək mexanizmləri və fərdi inkişaf planları ilə müşayiət olunmalıdır.

Yekun olaraq, müəllim imtahanlarına və sertifikasiyaya yönəlmiş narazılıqlar sistemin deyil, fərdlərin məsuliyyətsizliyinin nəticəsidir. Problem imtahanın suallarında yox, illərlə inkişaf etməmiş pedaqoji düşüncədə, oxunmamış dərslikdə, izlənməmiş təlimdə və öyrənilməmiş yanaşmalardadır. Təhsilin səviyyəsi müəllimdən başlayır və əgər müəllim öyrənmirsə, heç kimi öyrədə bilməz. Sistemi ittiham etməklə deyil, öz üzərində işləməklə inkişaf mümkündür. Təhsildə keyfiyyət dəyişiklik istəyir, bu dəyişiklik isə imtahandan deyil, özündən başlamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1071   Tarix: 02 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 284
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11:26 0
.

Azərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb

2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ

11:15 0
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

10.10.2026 198
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 223
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

10.10.2026 208
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10.10.2026 200
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 177
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 180
.