Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq: Politoloq Rusiyanı ittiham etdi
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi xüsusi əməliyyat zamanı azərbaycanlılara qarşı sərgilənən qəddar və qeyri-insani rəftar, Rusiyada milli azlıqlara qarşı həyata keçirilən şovinizm siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir.
Müşahidələrə əsasən demək olar ki, Rusiya hələ də milli və dini ayrı-seçkilikdən, eyni zamanda şovinizm yanaşmasından imtina etməyib. Ölkədə yaşayan müxtəlif xalqlara qarşı zaman-zaman dövlət səviyyəsində həyata keçirilən zorakılıq halları bu siyasətin davam etdiyini sübut edir. Dinc əhaliyə qarşı həyata keçirilən və ölümlə nəticələnən son əməliyyat, Rusiyada qeyri-rus millətlərinə qarşı yönəlmiş sistemli basqıların növbəti nümunəsidir.
Mövzu ilə bağlı BiG.AZ saytına açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı hazırkı gərginliyin kökündə rəsmi Moskvanın siyasəti dayanır:
"Azərbaycan təyyarəsi ötən ilin sonunda hədəfə alındı, lakin Rusiya bu məsələyə görə nə günahkarları müəyyənləşdirdi, nə də həyatını itirənlərə kompensasiya ödəməklə məsuliyyət nümayiş etdirdi".
Kazımovun fikrincə, bu davranışın arxasında Rusiyanın hazırda Ukrayna ilə apardığı müharibə və bu kontekstdə orduya verilən siyasi üstünlük dayanır:
"Kremldə belə bir düşüncə formalaşıb: Rusiya ordusu heç bir halda cəzalandırılmamalıdır. Bu, bir növ Vyetnam sindromunu xatırladır. Ordu indi siyasi qərarların mərkəzində dayanır və onun toxunulmazlığı təmin olunur".
Politoloq qeyd edib ki, Azərbaycan daim gərginliyi böyütməmək və münasibətləri nəzarətdə saxlamaq mövqeyində olub. Lakin son baş verənlər — Yekaterinburqda OMON qüvvələrinin azərbaycanlılara qarşı sərgilədiyi zorakılıq — bu səbr siyasətinə açıq-aşkar ziddir:
"Çoxsaylı azərbaycanlı vətəndaşımız qətlə yetirildi, bəziləri isə qanunsuz şəkildə həbs edildi. Azərbaycanın tanınmış ictimai simalarına qarşı da qəddar münasibət göstərildi."
Kazımov vurğulayıb ki, rəsmi Bakı hadisələrə sərt reaksiya verib və vətəndaşlarının hüquqlarını müdafiə edib:
"Əgər Rusiya Azərbaycana qarşı hegemon siyasətini dayandırsa və azərbaycanlılara qarşı adekvat mövqe sərgiləsə, o zaman münasibətlərin normallaşması mümkündür."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 820 Tarix: 02 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ
"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı
00:19 284 Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib
11:26 0 Azərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ
11:15 0 Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10.10.2026 198 Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
00:13 223 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 208 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10.10.2026 200 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 177 Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10.10.2026 180