"Bu gün Özbəkistan-Azərbaycan arasındakı münasibətlər qarşılıqlı etimad və hörmətə əsaslanır" - Ramin Şərifov
"Bu gün Özbəkistan-Azərbaycan münasibətləri etimad və qarşılıqlı hörmətə əsaslanır".
Bunu Sonxeber.az-a danışan Özbəkistan Ticarət Evinin təsisçi – direktoru, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri, KOBİA ictimai şuranın üzvü Ramin Şərifov bildirib.
.
Ramin Şərifov qeyd edib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də ölkəmizə səfəri dostluğumuzun, qardaşlığımızın, xalqlarımız arasındakı əlaqələrin günbəgün daha da güclənməsinin bariz nümunəsidir:
"Azərbaycan regionda Özbəkistan üçün strateji tərəfdaşdır. Hər iki xalqları bir-birinə dərin köklər bağlayır. Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin 1995-ci ildə qurulmasına baxmayaraq, bu iki xalq arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Bu gün bu əlaqələr həm də strateji əhəmiyyətli münasibətlər səviyyəsinə çatıb. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyir. Uzun illər davam etmiş Qarabağ münaqişəsində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə də qardaş ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyini və müxtəlif platformalarda öz dəstəyini sərgilədiyinin şahidi olduq".
Ramin Şərifov bildirib ki, Azərbaycanın xarici siyasətində ikitərəfli və çoxtərəfli tərəfdaşlıq çərçivəsində qurduğu mövcud münasibətlər dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarına uyğun olaraq reallaşır:
"Ötən müddət ərzində beynəlxalq aləmdə qazandığı nüfuzu və dünya dövlətləri ilə münasibətləri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və qarşılıqlı səmərəli əməkdaşlıq daha da yüksəlib. Eləcə də, Azərbaycan və Özbəkistan arasında.
İki dövlət liderlərinin qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsində müstəsna rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana məlum səfəri çərçivəsində strateji əhəmiyyət daşıyan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılmasıdır.
Cənab prezident İlham Əliyevin 23 avqust 2024-cü ildə Daşkənddə bildirdiyi kimi "Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq".
İki ölkə arasında bu vaxta qədər imzalanmış sənədlər, dövlət başçılarının qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər hərtərəfli və strateji tərəfdaşlığın dolğun ifadəsidir. Bir sözlə Azərbaycan və Özbəkistanın müttəfiq olması təkcə tarixi dostluq bağlarından deyil, həm də dövlətlərin bugünkü geostrateji mövqeyinin, sahib olduğu təbii ehtiyatların göstəricisidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 03 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ
"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı
00:19 284 Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib
11:26 0 Azərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ
11:15 0 Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o
10.10.2026 198 Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
00:13 223 Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü
10.10.2026 208 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10.10.2026 200 Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır
Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma
10.10.2026 177 Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10.10.2026 180