Bu avtomobillərə tələbat daha çoxdur
Hazırda avtomobil bazarında artım müşahidə olunmur. Bazarda ümumi qeyri-fəallıq hökm sürür. İkinci əl avtomobil bazarında alıcılar daha çox mühərrik həcmi 1550 sm³-dən 2040 sm³-ə qədər olan avtomobillərə maraq göstərirlər. Bu kateqoriyaya həm benzin, həm də dizel mühərrikli nəqliyyat vasitələri daxildir. Paralel olaraq, hibrid və elektriklə işləyən sedan tipli avtomobillərə də tələbat artmaqdadır.
Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Ekspertin sözlərinə görə, yeni avtomobillər bazarında isə vətəndaşlar əsasən mühərrik həcmi 2040 sm³-dən 2500 sm³-ə qədər olan hibrid avtomobillərə üstünlük verirlər:
"Bu avtomobillərin böyük hissəsi krossover və mini-krossover seqmentinə aiddir. Ümumiyyətlə, Azərbaycanda krossoverlərə olan maraq digər nəqliyyat vasitələri ilə müqayisədə daha yüksəkdir".
Cəfərov əlavə edib ki, ölkəyə gətirilən avtomobillərin əksəriyyəti istehsalçı zəmanəti olmayan nəqliyyat vasitələridir. Bu, həm köhnə, həm də yeni modellərə aiddir:
"İstehsalçı zəmanəti olan və rəsmi nümayəndəliklər tərəfindən gətirilən avtomobillər də bazarda mövcuddur, lakin onların sayı çox azdır. Alıcılar daha çox qiymət baxımından münasib, lakin zəmanətsiz avtomobillərə üstünlük verirlər. Nəticədə, bazarda qeyri-sağlam rəqabət formalaşır. Bu vəziyyət rəsmi diler və distribütorların satış və xidmət sahəsində çətinliklərlə üzləşməsinə gətirib çıxarır.
Ötən il ölkəyə 90 minə yaxın avtomobil idxal olunub və onların təxminən 30 min ədədi hibrid və elektromobillərdən ibarət olub. Yəni ölkəyə gətirilən avtomobillərin əhəmiyyətli hissəsi ekologiyaya zərər vurmayan nəqliyyat vasitəsidir".
Eldəniz Cəfərovun fikrincə, hibrid mühərrikli avtomobillərə maraq olsa da, bu maraq hələlik satış rəqəmlərində öz əksini tam tapmır:
"Azərbaycana bu tip avtomobillər kifayət qədər gətirilsə də, onların satışları yüksək səviyyədə deyil".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 758 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875