Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül material hazırlandı
Alimlər tropik bitki olan luffadan ilhamlanaraq yeni bir süni polimer material hazırlayıblar. Bu material adi plastikdən dörd dəfə möhkəmdir, həmçinin virusları məhv edə bilir.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə nüfuzlu "Science" jurnalında məqalə dərc olunub.
Ekspertlərin fikrincə bu, elektronika, tikinti və tibb sahələrində əsl inqilab vəd edir.
"Yeni polimerin quruluşu luffadan hazırlanan təbii süngərə bənzəyir. Quruduqda bərk, nəmləndikdə isə elastik olur. Quruluşuna görə mayeni rahatlıqla keçirir, amma bakteriya və virusları bloklayıb məhv edir", - deyə alimlər vurğulayıblar.
Yeni material aşağı sıxlığa malik olsa da, çox yüksək təzyiqə dözə bilir. Hətta o, penoplastdan daha yüngül olmasına baxmayaraq plastikdən 4 dəfə möhkəmdir.
Polimer rezorsin, aldehid, saf su və elektrik cərəyanı ilə heç bir əlavə mexaniki emal olmadan əldə olunur. Bu maddələr öz-özünə nazik, süngərəbənzər bir membran formalaşdırır.
Mütəxəssislər onu elektron qurğular, tibb avadanlıqları, yüngül, lakin dayanıqlı tikinti materiallarının hazırlanmasında istifadə oluna biləcəyini deyirlər. Materialın istənilən səthə tətbiq edilə bilməsi də əlavə üstünlükdür. Bu, onun möhkəmliyini artırır.
"Biz təsadüfən təbiətdəki süngərə çox bənzəyən, amma daha funksional bir material əldə etdik. Bu, gələcəyin yüngül və davamlı texnologiyaları üçün əsas olacaq," - deyə tədqiqatçılar bildirir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 490 Tarix: 06 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir porsiya belə təhlükəlidir: Ultra emal olunmuş qidalar barədə xəbərdarlıq
Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlakı isə riski 67% yüksəldir. xəbər verir ki, bu barədə "Science Daily"
21.03.2026 274 Şirniyyatçılar restoranlarda heç vaxt bu tortları yemir, çünki...
Yeməkdən sonra masanı şirin desertlə tərk etmək bir çoxumuz üçün xoş ənənəyə çevrilib. Restoran menyularında bu şirniyyatlar adətən çox cazibədar görünür. Amma mətbəxdə baş verənlər bəzən menyudakı gözəlliyə uyğun olmur. -ın məlumatına görə şirniyyat sahəsi üzrə ekspertlərin fikrincə bəzi desertlər va
15.03.2026 655 Alimlər insanın bioloji yaşını ölçən yeni üsulu açıqladılar
Hazırda tədqiqatçılar müxtəlif biomarkerlərdən istifadə edərək telomer, metabolom və klinik qocalma saatlarını müəyyən ediblər. Onların arasında ən etibarlısı "DunedinPACE" modeli kimi tanınan epigenetik saatlar hesab olunur. bildirir ki, bu barədə " "ya AIRI İnstitutunun "Tibbd
15.03.2026 295 Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MÜHÜM MƏSLƏHƏT
Azərbaycanda Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi ilə əlaqədar ölkədə uzunmüddətli tətil günləri olacaq. Bir çox insan bu günləri evdə istirahət etməklə, ailə ilə vaxt keçirməklə və gündəlik iş tempindən uzaqlaşmaqla keçirir. Lakin mütəxəssislər bildirirlər ki, 10-11 gün davam edən belə uzu
15.03.2026 543 Ev bitkiləri isti hissini azaldır və havanı təmizləyir
İnsanlar həyatlarının təxminən 90%-ni evdə, ofislərdə, məktəblərdə və ticarət mərkəzlərində keçirirlər. Bununla yanaşı, ev bitkilərinin mikroiqlimə təsiri hələ də şəhər parkları və küçə ağaclarının təsirindən xeyli az öyrənilib. Qaynarinfo xəbər verir ki, Surrey Universitetinin geniş tədqiqatı Böyü
16.03.2026 454 Bir dəqiqəyə sındırılır: "Android" əməliyyat sistemi olan cihazlarda kritik boşluq aşkarlandı
Bütün "Android" əməliyyat sistemi istifadəçiləri üçün həyəcan siqnalı verilib. xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, istifadəçilərə smartfonlarında və digər cihazlarında müəyyən parametrlərdən birini təcili yoxlamaları tövsiyə olunur. Məlumatd
21.03.2026 369 Düyünün suyuna 1 dilim əlavə edin - Plov həm dən-dən qalacaq, həm də 10 qat daha dadlanacaq
Plov bişirmək sadə görünsə də, əslində mətbəxdə ən diqqət tələb edən yeməklərdən biridir. Yapışmayan, dən-dən və ləzzətli plov hazırlamaq üçün düzgün texnika və kiçik sirlər vacibdir. Düyü suyuna 1 dilim limon əlavə etmək, plovun həm daha ağ, həm də dən-dən qalmasını təmin edir. Limonun tərkibindək
15.03.2026 711 Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları
ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi
25.03.2026 250 Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?
Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesab olunur. Son dövrlərdə diqqət çəkən vərdişlərdən biri gecə saatlarında çanağa duz tökülməsidir. Bəs bu tətbiqin arxasında hansı səbəblər dayanır?. xəbər verir ki, Yaponiyada ev təmizliyində çox vaxt baha başa gələn kimyəvi maddələ
22.03.2026 575