53 yaşında 13-cü diplomunu aldı

53 yaşında 13-cü diplomunu aldıYalovada yaşayan 53 yaşlı oxuduğu 13-cü universitetini də fakültə birincisi olaraq bitirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, evil və bir uşaq anası olan Esen, oxuduğu 13-cü universiteti fakültə birincisi olaraq bitirib.

Onun bu təhsil marafonu bir çox insan üçün ilham mənbəyidir. Melda Sarıtaş Esen ilk universitet təhsilinə 1989-cu ildə Yıldız Texniki Universitetinin Elektronika və Rabitə mühəndisliyi fakültəsində başlayıb. Normalda dörd ildə bitirməli olduğu bu bölümü 28 fevral dönəmində baş verən siyasi və ictimai çətinliklər, xüsusilə də başörtüsü qadağası səbəbindən altı ilə başa vurub. Hətta o qədər ağır şəraitdə təhsil alıb ki, məktəbi bitirdikdən sonra məzuniyyət mərasiminə qatıla bilməyib, onun yerinə diplomunu qardaşı götürüb.

Melda Esen o dövrləri belə xatırlayır: "O illərdə bir qız tələbənin mühəndislik fakültəsinə getməsi artıq qeyri-adi qarşılanırdı."

Amma yaşadığı bütün çətinliklər onda təhsilə qarşı daha da güclü maraq oyadıb. Onun üçün təhsil sadəcə diplom deyil, həm də şəxsi inkişaf yoludur. İlk diplomundan sonra dayanmayıb, fərqli sahələrdə bilik əldə etmək məqsədi ilə həm açıq təhsil, həm də əyani olaraq yeni fakültələrə yazılıb və cəmi 13 universitet diplomu əldə edib.

Bakalavr səviyyəsində Dövlət idarəçiliyi, Uşaq inkişafı, Hərəkət və idman elmləri ixtisaslarını bitirən Esen, orta ixtisas səviyyəsində isə Kommunikasiya sənətləri, Mühasibat və vergi tətbiqləri, Ədliyyə, Kənd təsərrüfatı texnologiyaları, Sosial xidmətlər, Mədəni irs və turizm, Aşpazlıq və sağlıq müəssisələrinin idarəçiliyi ixtisaslarını tamamladı. Son olaraq da Yalova Universitetinin Yeni media və kommunikasiya fakültəsini birinciliklə bitirərək, ümumilikdə 11-i açıq təhsil, 2-si isə əyani təhsil olmaqla 13-cü universitet diplomunu alıb.

28 fevral dövründə yaşadığı çətinliklərin onu daha da motivasiya etdiyini bildirən və ömür boyu oxumağa davam edəcəyini vurğulayan Melda Sarıtaş Esen deyib: "Uşaqlığımdan ensiklopediya oxuyan, hər mövzuda məlumat almağa maraqlı bir uşaq idim. Müəllim ailəsində böyümüşdüm. Oxumağa olan həvəsim heç vaxt tükənmədi.

İlk universitetimi baş örtüyü qadağası səbəbilə çox çətin şərtlərdə bitirdim. Məzun olduqdan sonra diplomumu almağa gedəndə məni universitetin qapısından belə içəri buraxmadılar. Qardaşıma vəkalət verib diplomamı onun almasını təmin etdim. Bu proses məni daha da motivasiya etdi. Bugünkü nöqtəyə çatmağım mənim üçün bir nəticə deyil, sadəcə bir dayanacaqdır. Oxumağa davam edəcəyəm".

"DOKTORANTURA OXUMAQ İSTƏYİRƏM"

17 yaşlı qızının imtahan dövrləri ilə öz imtahanlarının eyni günlərə düşməsi səbəbilə birgə stress yaşadıqlarını ifadə edən Esen dedi: "Qızımla zaman-zaman eyni stressləri yaşadıq. Hətta o mənə zarafatla deyir: ‘Ana, sənə çata bilmərəm’. Ailəm artıq bu tempimə öyrəşib. Anam əvvəllər ‘Təkcə oxuyun yetər’ deyirdi, indi isə ‘Yetər qızım’ deyir. Amma bu şirin bir yorğunluqdur. Nəticədə əldə etdiyiniz uğur və bilgi hər şeyə dəyər.

Yeni media və kommunikasiya fakültəsində başladığım magistr təhsilini də birinciliklə qazandım və hazırda dissertasiya mərhələsindəyəm. Əgər şərait uyğun olsa, kommunikasiya sahəsində doktorantura təhsili almaq istəyirəm. Düşünürəm ki, bu sahə xüsusilə bu günümüzdə çox önəmlidir".

"DƏRS QEYDLƏRİMİ TƏLƏBƏ YOLDAŞLARIMLA PAYLAŞIRDIM"

Yaş olaraq sinifin ən böyüyü olmasına baxmayaraq, sinif yoldaşları ilə asanlıqla ünsiyyət qurduğunu bildirən Esen belə danışdı: "Fakültəmizdə yaşca ən böyük mən idim. Əvvəlcə tələbə bir az çəkinmə olurdu. Sonra onlar da gördülər ki, mən də dərslərlə maraqlanıram və yavaş-yavaş ünsiyyətimiz quruldu. Hətta bəzən onlar dərsə gəlmədikdə, mən çalışırdım dərsləri buraxmayım. Bəlkə də cəmi bir dəfə dərsdən qalmışam.

Dərs qeydlərini də bacardığım qədər tutmağa çalışırdım. Onlar məndən xahiş edirdilər ki, qeydləri onlarla paylaşım. Aramızda o qədər səmimiyyət yarandı ki, gec saatlarda belə imtahan ərəfəsində mənə mesaj yazıb qeyd istəyirdilər. Mən də göndərirdim, çünki onları bir dost, qardaş, övlad kimi görürdüm və sevirdim. Buna görə də heç tənbəllik etmədən, yorulmadan qeydlərimi paylaşırdım".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 871   Tarix: 08 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Donald Trampın İran strategiyası tənqid edildi

ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti qeyri-müəyyən hesab olunur və qarşıdan gələn aralıq seçkilər ərəfəsində ciddi iqtisadi və siyasi risklər yarada bilər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. "Ortada konkret strategiya yoxdur. O, qərarların

11:26 160
.

Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

Ötən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb. Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adların

15:59 174
.

Tarkandan ailə fotosu

Müğənni Tarkan şəxsi bloqunda ailəsi ilə birlikdə nadir fotosunu paylaşıb. OLAY yazır ki, kadrlarda 2016-cı ildə ailə qurduğu həyat yoldaşı Pınar Dilek və iki il sonra dünyaya gələn qızı Liya yer alıb. "Həyatımdan da dəyərli olan iki can. Əziz qızım, həyatımıza günəş kimi daxil olduğun üçün ço

12:34 243
.

ABŞ Tehranda elə stansiyaları vurub ki... - İrandan etiraf

Əgər bilsəydiniz iki gün qabaq ölkənin hansı elektrik stansiyaları vurulub, Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz. xəbər verir ki, bu sözləri Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran jurnalistlərin suallarının cavabında deyib. O, hansı elektrik stansiyalarını

14.07.2026 268
.

Donald Tramp: "Biz onların bütün elektrik stansiyalarını sıradan çıxaracağıq"

Tramp Tehran danışıqlar aparmazsa, İran infrastrukturuna zərbə vurmaqla bağlı əvvəlki təhdidini yenidən təkrarlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı Fox News-a verdiyi müsahibədə deyib: "Enerji hədəflərini sona saxlayacağam, amma sonda enerji hədəflərinə çatacağıq"

12:16 182
.

Tutulma müddəti hansı hallarda uzadıla bilər?

"İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti ümumilikdə üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə bu qaydanın bir sıra istisnaları da nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib

14:30 158
.

Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları v

15:03 165
.

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın 38 dərəcə isti olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanı

12:58 186
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmas

11:02 287
.

TOP MP3