İnsultun 3 SƏBƏBİ

İnsultun 3 SƏBƏBİBir çox insan üçün adi görünən amillər – yüksək səslər, qrip virusu və xroniki yorğunluq – əslində insult üçün təhlükəli təkanverici amillər ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hətta artıq yorğunluq da insultun səbəbi ola bilər.

1. Dietik qazlı içkilər (şəkərsiz cola və s.)

80 mindən çox qadının iştirak etdiyi genişmiqyaslı bir araşdırmaya görə, gündə cəmi iki banka şəkərsiz qazlı içki içmək insult və infarkt riskini 30%-dən çox artırır.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu cür içkilərin müntəzəm istifadəsi koqnitiv funksiyaları zəiflədir, yaddaşa mənfi təsir göstərir və beyin toxumalarında degenerativ dəyişikliklərə səbəb ola bilər.

2. Artıq yorğunluq və xroniki stress

Həddindən artıq işləmək və tam istirahətin olmaması mərkəzi sinir sisteminin sağlamlığını pozur. Xüsusilə həftədə 55 saatdan çox işləyən insanlar daha çox risk altındadır.

Daimi stress, sağlam yemək bişirməyə vaxtın olmaması və fiziki fəallığın çatışmazlığı damar sistemi üçün mənfi şərait yaradır və nəticədə insult riski artır.

3. Qrip və onun fəsadları

Araşdırmalara əsasən, insult halları ən çox qrip keçirdikdən sonrakı ilk iki həftədə baş verir, bu zaman risk təxminən 40 faiz artır.

Hətta bir ildən sonra da fəsadların inkişaf ehtimalı yüksək qalır. Alimlər bunu belə izah edirlər: qrip boyun arteriyalarında iltihab və daralma (stenoz) yarada bilər ki, bu da beyinə qan axınının pozulmasına səbəb olur.

Nəticə

Sağlamlığa qayğı yalnız aydın görünən təhlükə mənbələrinə qarşı deyil, gizli və az bilinən risk amillərinə qarşı da diqqət tələb edir.

İnsult riskinin azaldılması üçün həyat tərzinizə və gündəlik vərdişlərinizə diqqət yetirmək vacibdir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1188   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 821
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 771
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 975
.

Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?

Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"

17.11.2026 429
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 968
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 961
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 447
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1087
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 1091
.