Həyət evi olanlara pis xəbər – Bu ərazilərdə kompensasiyasız söküntü başlayır

Həyət evi olanlara pis xəbər – Bu ərazilərdə kompensasiyasız söküntü başlayırBakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.

Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər?

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmovun sözlərinə görə, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:

"2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi-sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək.

Amma bəzi ərazilərdə – məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir".

M.Rüstəmov vurğulayıb ki, dövlət bu məsələdə mövqeyini açıq şəkildə ortaya qoyub:

"Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb.

Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir.

Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu – xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib".

Müsahibimiz deyib ki, son illərdə xüsusilə Xəzər rayonunun Binə qəsəbəsində kütləvi məskunlaşma müşahidə olunur:

"İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri "çıxarış olacaq" vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb müqəddəsdir - uşaqlar Azərbaycanın gələcəyidir!

Məktəb yalnız bilik verilən bir məkan deyil. Məktəb bir xalqın gələcəyinin formalaşdığı, milli düşüncəsinin inkişaf etdiyi, vətəndaşlıq məsuliyyətinin aşılandığı müqəddəs bir ocaqdır. Burada uşaqlar həyata hazırlanır, elmin sirlərini öyrənir, Vətənə, dövlətə və insanlığa faydalı şəxsiyyət kimi yetişirlər

11:09 147
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 169
.

Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?

Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix

15:28 80
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 252
.

Mask Zelenskinin getməsini istəyir: "Ədalətli sülh belə olmalıdır"

"SpaceX" və "X" sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən istefa verməli olduğunu bildirib.
. Milyarder "X" platformasında istifadəçilərdən birinin Zelenskinin britaniyalı jurnalist Pirs Morqana verdiy

11:25 172
.

Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri

11:00 205
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

13:56 143
.

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək

14:46 121
.

İlham Əliyev onları təltif etdi - Adlar

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərin

14:19 134
.