Fələstin-Türkiyə münasibətlərində soyuqluq: "Biz yetim deyilik" açıqlamasının arxasında nə dayanır?

Fələstin-Türkiyə münasibətlərində soyuqluq: "Biz yetim deyilik" açıqlamasının arxasında nə dayanır?Fələstinin Yunan Kiprindəki səfiri Abdullah Attarinin son günlər verdiyi açıqlamalar Fələstin-Türkiyə münasibətlərində qeyri-müəyyənlik yaradıb. Onun Yunanıstanın "Politis" nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər Türkiyədə heyrətlə qarşılanıb və geniş müzakirələrə səbəb olub. Səfir Ankaranın Fələstin məsələsinə yanaşmasını sərt şəkildə tənqid edib.

Halbuki Türkiyə uzun illərdir Fələstini beynəlxalq arenada ən fəal şəkildə müdafiə edən ölkələrdən biridir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Ankara həm BMT tribunalarında, həm də Qəzzada baş verən hərbi əməliyyatlar zamanı Fələstin xalqının hüquqlarını açıq şəkildə müdafiə edib. İsrailə qarşı sərt ritorika, Qəzzaya göstərilən humanitar və diplomatik dəstək vasitəsilə Türkiyə özünü Fələstinin əsas beynəlxalq müdafiəçilərindən biri kimi təqdim edib.

Lakin Abdullah Attarinin açıqlamaları göstərir ki, Fələstin rəhbərliyi bu münasibətləri birtərəfli və tabeedici formatda görmək istəmir. Onun "Biz yetim deyilik" ifadəsi Fələstinin öz siyasi mövqeyini və diplomatik strategiyasını daha müstəqil şəkildə müəyyənləşdirmək niyyətində olduğunu göstərir. Bu açıqlama, Türkiyənin regiondakı təsir dairəsinə qarşı incə, lakin aydın mesaj kimi qiymətləndirilə bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Attarinin bu açıqlamaları Türkiyə diplomatiyası üçün ciddi dilemma yaradır. Bir tərəfdən Ankara, Fələstin məsələsini regional və qlobal siyasətində ideoloji dayaq nöqtələrindən biri kimi istifadə edir. Digər tərəfdən isə Fələstin rəhbərliyinin bu mövzuda sərgilədiyi tənqidi mövqe Türkiyə üçün strateji risk yarada bilər. Ankara İslam dünyasında liderlik iddiası ilə çıxış edir və bu çərçivədə İsrail-Fələstin münaqişəsində vasitəçi və müdafiəçi rolu oynamağa çalışır.

Fələstin-Türkiyə münasibətlərində soyuqluq: "Biz yetim deyilik" açıqlamasının arxasında nə dayanır?Attarinin fikirləri həm də Türkiyənin Kipr siyasətinə təsirsiz ötüşməyə bilər. Fələstin rəhbərliyinin Yunan Kipri ilə yaxın münasibətləri vurğulaması, Türkiyənin dəstəklədiyi Şimali Kipr Türk Cümhuriyyəti ilə ziddiyyət təşkil edir və bu da regionda siyasi parçalanmanı daha da dərinləşdirə bilər.

Açıqlamanın BMT Baş Assambleyasının 81-ci sessiyası ərəfəsində verilməsi də diqqətdən yayınmamalıdır. Bu detal Fələstin diplomatiyasının artıq yeni tərəfdaş axtarışında olduğunu göstərir.

Hazırda Fələstin rəhbərliyi Qəzzada dəyişən reallıqların fərqindədir. HƏMAS-ın nüfuzu ciddi şəkildə zəifləyib, bu isə uzun illərdən sonra Qəzzaya Fələstin Administrasiyasının nəzarət edə bilməsi ehtimalını artırır. Digər tərəfdən, İsrailin apardığı hərbi əməliyyatlar artıq beynəlxalq aləmdə soyqırım və qətliam kimi qiymətləndirilir. Təl-Əvivin Qəzzanı ilhaq etmə niyyəti də vəziyyəti daha da gərginləşdirib.

Bu hadisələr fonunda Avropa ölkələrinin — Böyük Britaniya, Fransa, Almaniya və başqalarının — İsrailə qarşı sərt mövqe sərgiləməsi və Fələstinin müstəqilliyini tanımaqla hədələməsi yeni bir diplomatik atmosferin yarandığını göstərir. Qlobal ictimaiyyətin təzyiqləri fonunda Fələstin rəhbərliyi daha çoxqütblü, balanslı və müstəqil xarici siyasət kursu formalaşdırmağa çalışır.
Fələstin-Türkiyə münasibətlərində soyuqluq: "Biz yetim deyilik" açıqlamasının arxasında nə dayanır?Səfir Attarinin açıqlamaları bu kursun bariz təzahürü kimi qiymətləndirilə bilər. Onun sözlərindən belə nəticəyə gəlmək olar ki, Fələstin rəhbərliyi Ankara ilə məsafə saxlamağı və bir neçə diplomatik güc mərkəzi ilə paralel münasibətlər qurmağı planlaşdırır.

Bu məqamda Azərbaycanın Fələstinə qarşı tutduğu mövqe də diqqət çəkir. Bakı heç vaxt Fələstin məsələsində emosional və birtərəfli mövqe sərgiləməyib. Fələstin vaxtilə Ermənistanın Qarabağ məsələsində haqsız mövqeyini dəstəkləsə də, Azərbaycan beynəlxalq tribunalarda müsəlman həmrəyliyini qoruyaraq Fələstini dəstəkləməyə davam edib. Digər tərəfdən, Bakı İsrail ilə sıx əməkdaşlıq etdiyi halda, bu balanslı siyasət kursunu qoruyub saxlaya bilib.

İkinci Qarabağ müharibəsində əldə olunan zəfər də bu düşünülmüş siyasi xəttin nəticəsi kimi qiymətləndirilə bilər. Əgər Fələstin rəhbərliyi bu balanslı və qarşılıqlı hörmətə əsaslanan siyasi xətti davam etdirərsə, beynəlxalq arenada daha geniş dəstək qazana və yaxın gələcəkdə müstəqilliyinin tanınması istiqamətində irəliləyiş əldə edə bilər.

Türkiyə bu vəziyyəti xəyanət kimi qiymətləndirə bilər. Lakin siyasətdə yalnız prinsipial mövqe kifayət etmir. Diplomatik incəliklər, qarşılıqlı hörmət və praqmatizm də vacib amillərdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BƏƏ İranın Hörmüz boğazında neft tankerlərinə raket zərbələri endirdiyini, bir dənizçinin öldüyünü bildirib

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Hörmüz boğazında iki BƏƏ neft tankerinin İranın kruiz raketləri ilə vurulması nəticəsində bir Hindistan ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə strateji su yolund

10:51 144
.

Polşa Ukraynaya "Patriot" raketləri bağışladı

Polşa Ukraynaya 3-9 ədəd "Patriot" zenit-raket kompleksinin raketini təhvil verib. xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Onun sözlərinə görə, Ukraynaya üçdən doqquzadək "Patriot" raketi verilib:. "Raketlər 2026-cı ilin yazında NATO ölkələrini

13.07.2026 297
.

Bakıda güclü külək əsəcək - Xəbərdarlıq

İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qər

16:08 151
.

Vüsalənin verilişi bu tarixdən yayımlanmayacaq

Aparıcı Vüsalə Əlizadə yaxın günlərdə tamaşaçılarla sağollaşacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, onun aparıcılığını etdiyi "İncə səhər" verilişi cümə günü mövsüm finalı edəcək. Vüsalə Əlizadə yeni televiziya mövsümündə yeniliklərlə tamaşaçıların görüşünə gələcək

11:56 294
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13.07.2026 255
.

ABŞ-dan yeni strategiya: İsrailin İranla müharibəyə girməsi əngəllənir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. CNN-in yaydığı məlumata görə, Vaşinqton İsrailin İranla hərbi qarşıdurmaya birbaşa cəlb olunmaması üçün intensiv təmaslar aparır və münaqişənin regional müharibəyə çevrilməsini

15:10 199
.

Keçmiş futbolçu saxlanıldı

Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind

18:15 1
.

"Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq..." - Saatlarla növbə gözləyirlər

Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən xəstəxanaya müraciət edən vətəndaşlar həkim qəbuluna düşmək üçün düz 5 saat növbə gözlədiklərindən gileylənirlər. "Qafqazinfo" ATV-yə istinadən xəbər verir ki, səhər saatlarından xəstəxanaya üz tutan sakinlər gün sonuna qədər müayinə olunmağ

12:56 209
.

Qızı əşyalarını 7-8 manatdan satır…

Mərhum türk tarixçi professor İlber Ortaylının qızı Tuna Ortaylı atasına məxsus fincan, vaza və digər müxtəlif əşyaları "WhatsApp"dakı ikinci əl satış qruplarında 200-800 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarıb. OLAY yazır ki, bu paylaşımlar gündəmə gəldikdən sonra bəzi sosial medi

12:08 292
.

TOP MP3