Kiçik uşaq böyüyü niyə qısqanır? - Həll yolları
Evə körpə gəlməsi valideynlərə sevinc gətirsə də, böyuk uşaq üçün həyatı sakit kabusa çevirə bilər. Mütəxəssislər bildirirlər ki, valideynlər çox vaxt öz sözləri və davranışları ilə bilmədən uşaqlar arasında rəqabəti alovlandırırlar.
Lent.az xarici mediaya istinadən bu mövzuda valideynlərə tövsiyələr barədə xəbər verir.
Böyük uşaq ailənin diqqətinin yenidoğulana yönəlməsi ilə valideyn sevgisini itirməkdən qorxur. O, özünü lazımsız hiss edir və sanki yerini "rəqib" tutub. Bu isə aqressiya və ya qapanmaya gətirib çıxarır.
Valideynlərin tipik səhvləri
Mütəxəssislər üç əsas səhvə diqqət çəkirlər:
Yalnış vədlər – uşağa qardaşın və ya bacının oyun yoldaşı olacağı deyiləndə, amma nəticədə ağlayan və aciz körpə ilə üzləşməsi məyusluq yaradır.
Müqayisələr – "Qardaşın sakitdir, amma sən onun yaşında sözə baxmırdın" kimi ifadələr böyüyün içində nifrət oyadır.
Məcburi paylaşma – oyuncaqları və ya valideyn vaxtını zorla paylaşdırmaq uşağın təhlükəsizlik hissini pozur.
Gizli qısqanclıq və nəticələri
Qısqanclıq həmişə açıq formada özünü göstərmir. Uşaq oyuncaqları atmır, amma yuxusuzluq, dırnaq yemə, çarpayı islatma kimi psixosomatik əlamətlər ortaya çıxır. 3–5 yaşlı uşaqlar tez-tez geriləmə yaşayır, geyinməyi unudur, qucağa qalxmaq istəyir. Yeniyetmələr isə kobudluq və soyuqluqla öz ağrılarını gizlədirlər.
Çıxış yolları
Mütəxəssislər böyüyə fərdi diqqət ayırmağı vacib sayır: yalnız ana ilə nağıl oxumaq və ya ata ilə dondurma gəzintisi uşaq üçün çox şey ifadə edir. Uşağın duyğularını səsləndirmək, məsələn, "Görürəm, əsəbiləşirsən ki, mən qardaşını yedirdim, səninlə oynamadım", onun emosiyalarını normallaşdırır. Böyük uşağın körpəyə qayğı göstərməsinə şərait yaratmaq olar, amma bunu məcburiyyətə çevirməmək şərtilə.
Valideynlər böyüyə üstünlüklər hissi də verməlidirlər: gec yatmaq, yeməyi və ya cizgi filmini seçmək kimi hüquqlar "böyüklük" rolunu müsbət istiqamətə yönəldir. Ən əsası isə səbirli olmaqdır. Uşaq qısqanclığı faciə deyil, valideyn dəstəyi ilə ötüb keçən təbii mərhələdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 600 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
24.09.2026 927 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
23.09.2026 821 Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard
27.09.2026 190 Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
27.09.2026 426 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
22.09.2026 2745 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20.09.2026 280 Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond
27.09.2026 374 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 250 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 289