ChatGPT-nin məsləhəti ilə səyahətə çıxdı, rəzil oldu
Neyroşəbəkələr getdikcə gündəlik həyatımıza daxil olur. Xüsusilə də, daha çox insan xaricə səyahət planlaşdırarkən ChatGPT və ya onun analoqları ilə məsləhətləşir. Ancaq burada diqqətli olmaq lazımdır.
Lent.az xəbər verir ki, təcrübəli səyahətçi Vinisius Koşta turistlərə bu barədə xəbərdarlıq edib.
O bildirib ki, ChatGPT-nin Əsas üstünlüyü ondan ibarətdir ki, neyroşəbəkələr çox qısa müddətdə kifayət qədər əsaslı görünən cavab verir. Bu, həm müstəqil şəkildə "Google" vasitəsilə axtarış aparmaqdan, həm də başqasından məsləhət istəməkdən xeyli sürətlidir. Lakin süni intellektin ciddi bir problemi var: o, əslində mövzunu anlamır, sadəcə alqoritm əsasında cavab yaradır.
Məsələn, ChatGPT sizə Parisdə mütləq görməli olan 10 məkanı sadalayacaq. Amma bu siyahıda nəqliyyat əlçatanlığı və obyektlərin iş saatları nəzərə alınmayacaq. Bu isə yalnız kiçik bir nüansdır, əslində isə daha ciddi situasiyalarla üzləşmək mümkündür.
Məqalə müəllifi İspaniyalı bloqer Məri Kaldassın başına gələn hadisəni misal göstərir. O, sevgilisi ilə birlikdə Karib dənizində yerləşən, ABŞ-a məxsus ada Puerto-Rikoya səyahət planlaşdırıb. Səfərdən əvvəl ChatGPT-yə müraciət edərək ora giriş üçün lazım olan sənədləri soruşub.
Çatbot ona inamla bildirib ki, İspaniya vətəndaşlarına Puerto-Rikoya getmək üçün viza lazım deyil. Texniki baxımdan bu, doğrudur: ispanlar ABŞ ərazisinə vizasız daxil ola bilərlər. Amma burada mühüm bir nüans var.
Son illərdə bir çox ölkə elektron səyahət icazəsi (ETA) sistemini tətbiq edir. Məsələn, ABŞ vətəndaşları Böyük Britaniyaya vizasız gedə bilər, amma onlar Britaniyanın ETA sistemində qeydiyyatdan keçməlidirlər. Bu sistem əslində onlayn viza kimidir, sadəcə "viza" adlandırılmır. Əgər istifadəçi məhz "viza" barədə soruşursa, ChatGPT əlavə bu detalı demir, çünki düşünmür, sadəcə alqoritmə əsaslanır.
İspaniyalı influenser isə ən böyük səhvi etdi. Çatbotdan vizaya ehtiyac olub-olmadığını soruşdu və cavabı "yoxdur" olduqda əlavə araşdırma aparmadı. Təəssüf ki, o və sevgilisi ESTA tələbini yalnız hava limanında, təyyarəyə minməyə hazırlaşarkən öyrəndilər.
Neyroşəbəkələr isə düzgün istifadə olunduqda faydalı ola bilər. Məsələn, xanım Kaldass ChatGPT-dən vizaya ehtiyac olub-olmadığını soruşduqdan sonra bununla kifayətlənməməli idi. Ən azı əlavə sual verməli idi: "İspaniya vətəndaşının ABŞ-a məxsus Puerto-Riko adasına qanuni daxil olması üçün hansı sənədlər tələb olunur?".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1860 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14.11.2026 345 Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas
16.11.2026 422 Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15.11.2026 266 100 yaşa çatanların qidalanma sirri
Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric
15.11.2026 284 Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib
14.11.2026 401 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 496 Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15.11.2026 265 2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı
Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə
14.11.2026 308 TikTok üçün video çəkilişi faciə ilə bitdi - Şir 19 yaşlı gənci parçaladı
Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib. Axşam.az xəbər verir ki, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb. Yerli mətbuatın məlumatın
13.11.2026 550