İnsan komada olanda nə görür və nə hiss edir? - Sağ qalanların xatirələri

İnsan komada olanda nə görür və nə hiss edir? - Sağ qalanların xatirələriİnsan komada neçə gün və ya ay qala bilər, o zaman nə hiss edir, nələri dərk etmir, bunu dəqiq heç bir həkim bilmir. Amma bu vəziyyəti yaşamış insanların xatirələri həmin anlarda orqanizmdə və şüurda baş verənləri az da olsa anlamağa imkan verir.

Komada nə baş verir?
Bir çoxları komanı sadəcə huşunu itirmə və ya çox dərin yuxu hesab edir. Əslində isə bu, orqanizmin travma, infeksiya, maddələr mübadiləsinin kəskin pozulması, zəhərlənmə və ya insult kimi hallara qarşı müdafiə reaksiyasıdır. Beyin güclü stress zamanı şüuru "söndürür" ki, həyatı qoruyub saxlaya bilsin. Bəzən həkimlər də xəstəni süni koma vəziyyətinə salır.

Adətən belə hesab olunur ki, bu "enerji qənaətli rejimdə" insan xarici qıcıqlara reaksiya vermir. Amma bəzi hallarda bu tam doğru olmur.

Məsələn, insanlar tez-tez soruşurlar: komadakı insan eşidirmi? Xatirələr göstərir ki, bəli, bəzən eşidir. Hətta koma dərin deyilsə və ya insan çıxış mərhələsinə yaxınlaşırsa, gözlərini də aça bilər. Uzun müddət komadan çıxmayan xəstələr isə "vegetativ vəziyyət"ə keçir və illərlə "boz zonada" qala bilirlər. Bu zaman orqanizmdə nəfəs, nəbz, yuxu və oyanıqlıq dövrləri bərpa olunur, amma şüur bağlı qalır.

Lent.az xarici mediaya istinadən komadakı insanların xatirələrini təqdim edir.

Reddit istifadəçilərinin şəxsi xatirələri
"Beyin əməliyyatından sonra bir neçə gün süni komada qaldım. Xatırlayıram ki, həkimlər məni yoxlayanda bədənim donmuş kimi idi, amma səs-küyü eşidirdim. Hərəkət edə və danışa bilmirdim."

"Anam 80-ci illərdə beyin qanaxması keçirdi. O dedi ki, komada olarkən özünü elə rahat hiss edirdi ki, sanki isti yay günündə çəmənlikdə uzanıb."

"Mənim üçün bu, sadəcə dərin yuxu idi. Nə yuxu gördüm, nə də kənar bir şey dərk etdim. Ayılanda özümü və ailəmi tanımırdım."

"Ərim bir ay komada oldu. Ayılandan sonra dedi ki, bütün bu müddətdə dəhşətli yuxular görüb. Guya onu oğurlayıblar və o, azad olmağa çalışır."

"Arvadım avtomobil qəzasından sonra 3 həftə süni komada idi. Oyananda harada olduğunu anlamırdı. İlk sözləri: ‘Siqaret ver’ oldu. Sonra ‘Sən kimsən?’ dedi. Yaddaşının bir hissəsi silinmişdi."

"Ailə dostumuz qəza sonrası komada idi. Oyananda bacılarından soruşdu ki, hansı məşhur ölüb? Məlum oldu ki, həmin məşhur onun komada olduğu günlərdə vəfat edib."

"Anamda beyin anevrizması olmuşdu, bir həftə komada qaldı. Ayılanda dedi ki, guya ölmüş iki dostu ilə pubda bilyard oynayırmış."

"2011-ci ildə doğuşdan sonra ağciyər emboliyası keçirdim və 3 gün komada qaldım. Amma hər anını xatırlayıram: ağ fonun qarşısında sanki divarın yanında dayanmışdım. Ayılanda nəfəs borusundakı cihaz boğazımı sıxırdı və mən sadəcə yaşadığıma inana bilmirdim."

"Anam iki dəfə ölüb dirilmişdi. Birincidə bədəni tərk edib, həkimlərin onu necə diriltdiyini görüb. İkincidə isə inanılmaz sakitlik hiss edib və yenə geri qayıdıb, çünki övladları üçün yaşamaq istəyirdi."

"Babam komada olanda həkimlər ümid kəsməyə başlamışdı. Mən əlini tutub onunla danışırdım. Bir müddət sonra ayıldı. Sonradan dedi ki, işığa tərəf çəkilirmiş, amma mənim səsimi eşidib geri dönməyə qərar verib."

"Mən özüm komada olduğumu bilmirdim. Amma ətrafda deyilən hər şeyi eşidirdim. Sadəcə danışa bilmirdim. Bu, kabus kimidir oyanmaq istəyirsən, amma alınmır. Buna görə deyirəm ki, komadakı insanlarla danışın, amma onların yanında ağır mövzuları müzakirə etməyin, çünki biz sizi eşidirik!"


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 933   Tarix: 24 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.