Canan Karataydan çay içənlərə bəd xəbər

Canan Karataydan çay içənlərə bəd xəbərCanan Karatay son vaxtlar artan qan azlığı ilə bağlı mühüm açıqlamalar verib. O, həmçinin yeməkdən sonra çaydan uzaq durmağın vacibliyini vurğulayıb.

BiG.AZ xəbər verir ki, türkiyəli prof.dr.Canan Karatay xroniki halsızlıq, baş ağrıları, yuxululuğun səbəblərini açıqlayıb.

Sağlamlıq sahəsində təəccüblü açıqlamaları ilə tanınan Prof.Dr.Canan Karatay yeməkdən sonra çay içməyin zərərli təsirlərini də müzakirə edib. Karatay çayın dəmirin udulmasına maneə törətdiyini və qan azlığına səbəb olduğunu bildirib.

Karatay bu gün bir çox insanın halsızlıq, baş ağrısı, yuxululuq kimi şikayətlərlə qarşılaşdığını bildirib. Bu şikayətlərin kökündə qan azlığının olduğunu vurğulayan Karatay, "Qanazlığı pandemiyaya çevrilib", deyib.

Karatay anemiyanın bir çox səbəbi olduğunu açıqlayıb. O, bildirib ki, bunlardan biri də qlütendir.

Karatay qəza, əməliyyat və ya doğuş zamanı qan itkisinin də qan azlığına səbəb ola biləcəyini xatırladıb. O, qanazlığının əlamətlərini belə sadalayıb: "Zəiflik, yuxusuzluq, yorğunluq, tez-tez xəstəliklər. Anemiya həm də immunitet sistemini zəiflədir".

Karatay anemiyanın qarşısının alınmasında qidalanmanın əhəmiyyətini vurğulayıb. O bildirib ki, yeməkdən sonra çay içmək dəmirin sorulmasını pozur və qan azlığını kəskinləşdirir. Karatay çayın qırmızı ətin tərkibində olan dəmiri məhv etdiyini bildirib.

Çay yerinə su, ayran və ya kefir kimi içkilərin seçilməsini tövsiyə edən Karatay, çayın yeməkdən ən az iki saat sonra içilməsi lazım olduğunu və yeməkdən sonra qətiliklə içilməməsi lazım olduğunu qeyd edib.(medicina.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 989   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID-19-un beynimizə uzunmüddətli təsiri

COVID-19 keçirən insanlar onun mənfi nəticələrini illərlə hiss edə bilərlər. xarici mediaya istinadla bildirir ki, Liverpul Universiteti, London Kral Kolleci və Kembric Universitetinin alimləri müəyyən ediblər ki, COVID-19 insan beyninə uzunmüddətli mənfi təsir göstərir. Araşdırmaya görə, ağır formad

30.11.2025 275
.

Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır?

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında süni mayalanma və kök hüceyrə terapiyası müzakirə edilib. Sonsuzluğun səbəbləri hansılardır? Sonsuzluğa daha çox kişilərdə, yoxsa qadınlarda rast gəlinir? Menopauzadan sonra hamilə qalmaq mümkündürmü

15.11.2025 522
.

Ölüm riskini dəqiq şəkildə proqnozlaşdıra bilən KƏŞF

Surrey Universitetinin alimləri ölüm riskini dəqiq şəkildə vaxtından əvvəl proqnozlaşdıra bilən beş qan zülalı müəyyən ediblər. "Ölkə.az" xəbər verir ki, tədqiqatın nəticələri PLOS One jurnalında dərc edilib. Böyük Britaniya Biobankında 38.00-dən çox iştirakçının məlumatların təhlili nəticəsind

26.11.2025 489
.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

03.12.2025 452
.

Mutasiya olunmuş quş qripi "COVID-19"dan daha təhlükəli ola bilər

Mutasiya olunmuş quş qripi virusu COVID-19-dan daha təhlükəli ola bilər. xəbər verir ki, Fransanın Pasteur İnstitutu Tənəffüs İnfeksiyaları Mərkəzinin rəhbəri Mari-An Rameyks-Velti xəbərdarlıq edib ki, virus insanlara uyğunlaşaraq insandan-insana ötürülə bilsə, görünməmiş pandemiyaya səbəb ola bilər

29.11.2025 240
.

Qan laxtalanması problemi genetik imiş

Qan laxtalanması problemi genetik imiş. BİG.AZ -a istinadla xəbər verir ki, F2 (protorombin) və F5 (Leyden faktoru) genlərindəki mutasiyalar qan laxtalanmasını pozur və tromboz ( damarların tıxanması ) riskini artırır. Bu barədə Rusiyanın MyGenetics şirkətinin aparıcı elmi işçisi və ekspert şurasını

19.11.2025 671
.

Qış depressiyasından qoruyan 4 tövsiyə: Kimlər daha həssasdır?

Qışa daxil olarkən günlərin qısalması və günəş işığının azalması ilə birlikdə artan yorğunluq, istəksizlik və yuxuluq qış depressiyasının əlaməti ola bilər. Bəs kimlər daha həssasdır və bu depressiyadan necə qorunmaq olar?. Qaynarinfo xəbər verir ki, türk psixiatr Umut Mert Aksoy dərman istifadəsi olmada

27.11.2025 415
.

Böyrəklərə ziyan olan 5 səhər vərdişi

Səhər yuxudan oyanarkən olan bəzi alışqanlığınız böyrək sağlamlığına mənfi təsir göstərə bilər. Axşam.az xəbər verir ki, mütəxəssislər su içməmək, sidik kisəsini tutmaq, acqarına ağrıkəsici qəbul etmək, məşqdən sonra kifayət qədər maye içməmək və səhər yeməyini buraxmağın böyrək funksiyasını pisləşdirdiyin

23.11.2025 464
.

Kompüter qarşısında uzun müddət oturmağın zərərləri

Son illərdə ofis işçiləri və tələbələr arasında kompüter qarşısında uzun saatlar keçirmək adi hala çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sağlamlığa ciddi təsir göstərə bilər. xəbər verir ki, həkimlər bildirir ki, uzun müddət oturmaq bel və boyun ağrıları, duruş pozğunluğu, gö

30.11.2025 256
.

TOP MP3