Bakı metrosu qatarlar arasında intervalı bir qədər də azaltmaq istəyir
"Bakı Metropoliteni" QSC qatarlar arasında intervalın daha da azaldılması üzərində iş aparır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Bu ilin may ayında sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən tarixi addım atılıb. Qatar cütlərinin sayı 30-dan 32-yə çatdırılaraq, hərəkət intervalı 1 dəqiqə 52 saniyəyə endirilib. Hazırda mövcud texniki imkanlar təftiş olunur və intervalın daha da azaldılması üzərində iş aparılıb. Məqsəd yeni tədris mövsümündə ənənəvi sərnişin sıxlığının qarşısını almaq üçün müsbət texniki həllərin tətbiqidir", - deyə o qeyd edib.
Metro rəsmisinin sözlərinə görə, intervalın azaldılması yalnız sərnişinlərin ən sıx olduğu saatlarda tətbiq olunacaq:
"Monitorinqlər yekunlaşmaq üzrədir və nəticələr yeni mövsüm ərəfəsində elan ediləcək. Amma artıq deyə bilərik ki, əlavə 4 qatarın xəttə buraxılması nəticəsində 19 min əlavə sərnişin daşınması mümkün olacaq. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabərdir".
O, həmçinin qeyd edib ki, bu nəticəyə nail olmaq üçün bir sıra texniki yeniliklər tətbiq olunur: "Dispetçer idarəetməsində qrafiklərin hazırlanması ənənəvi mexaniki üsullardan rəqəmsal texnologiyalara keçirilib. Bütün yollarda qatarların hərəkətini tənzimləyən sistemlərin işi yenidən nəzərdən keçirilir, texniki və insan faktoru ilə bağlı dinamik həllər tətbiq edilir. Metro üçün hər saniyə xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı müddətdə yeni qrafik, interval fərqləri və digər texniki məsələlər ictimaiyyətə təqdim olunacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 801 Tarix: 29 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qismətimdə ata sevgisi çox az oldu"
Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"
21:15 1 Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır
Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd
16:53 144 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz
14:23 168 Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind
16:45 146 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
12:50 259 Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB
Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi
18:45 69 İlham Əliyevin Türkmənistan səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir
16:47 133 Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib
Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi
19:45 1 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
18:01 123