"Azərbaycan 12 illik təhsil modelinə hazırlaşmalıdır" - Kamran Əsədov

"Azərbaycan 12 illik təhsil modelinə hazırlaşmalıdır" - Kamran Əsədov"Orta məktəblərin 10 illik sistemə keçirilməsi məsələsi təhsildə ciddi müzakirə tələb edən mövzudur. Bu ideya səslənəndə ilk baxışda vaxt itkisini azaltmaq, gəncləri daha tez ali məktəbə və ya əmək bazarına yönəltmək kimi görünə bilər. Amma dərin təhlil göstərir ki, belə bir addım strateji baxımdan ölkə təhsilinin zəifləməsinə, beynəlxalq müqayisədə daha da geridə qalmasına səbəb olacaq. Elm və Təhsil Nazirliyi illərdir yalnız forma ilə məşğuldur, məzmuna toxunmur. Təhsil proqramlarının keyfiyyəti, dərsliklərin məzmunu, müəllimlərin peşəkarlığı kimi əsas məsələlər diqqətdən kənarda qalır. Nazirlik real plan və proqnoz təqdim etmir, yalnız illərin sayı ilə oynamaqla problemi həll edə biləcəyini düşünür. Bu isə sadəcə vaxt udmaq cəhdidir və mahiyyətcə heç nəyi dəyişmir".

Bu sözləri təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib.

O qeyd edib ki, 10 illik sistemə keçid məsləhətli deyil. Azərbaycan yalnız mövcud 11 illik sistemin məzmununu gücləndirməli və mərhələli şəkildə 12 illik modelə hazırlaşmalıdır:

"Hazırkı qanunvericiliyə nəzər salaq. "Təhsil haqqında" Qanunun 15-ci maddəsinə əsasən, ümumi orta təhsil tam orta təhsil ilə birlikdə 11 illik dövrü əhatə edir. Yəni 11 illik model dövlət tərəfindən qanunla təsbit olunub. Bu, təsadüfi deyil, çünki Azərbaycan "Boloniya prosesi"nin iştirakçısıdır və beynəlxalq öhdəliklərə görə orta məktəb təhsili ən azı 11–12 illik olmalıdır. Əks halda, bizim attestatlar Avropada tanınmayacaq. Deməli, 10 illik sistemə keçmək təkcə daxili deyil, həm də beynəlxalq səviyyədə ölkənin maraqlarına zidd addım olar.

Statistik göstəricilər də vəziyyətin risklərini ortaya qoyur. 2024-cü ilin qəbul prosesində 131 min abituriyent sənəd verib, amma onlardan yalnız 57 mini ali məktəblərə qəbul olunub. Yəni təxminən 70 min nəfər orta məktəbi bitirdikdən sonra ya təhsildən kənarda qalır, ya da başqa yollar axtarır. Əgər sistem 10 illiyə endirilsə, bu rəqəm daha da artacaq. 9-cu sinfi bitirənlərin 35–40 faizinin artıq təhsildən uzaqlaşdığı şəraitdə 10 illik sistem həmin faiz göstəricisini daha da yüksəldəcək. Bu isə nə insan kapitalının inkişafına, nə də ölkənin gələcək işçi qüvvəsinin keyfiyyətinə xidmət edəcək.

Dünya təcrübəsinə baxanda açıq şəkildə görünür ki, inkişaf etmiş ölkələr təhsilin müddətini qısaltmır, əksinə, uzadır. Türkiyə 2012-ci ildən 12 illik məcburi təhsil tətbiq edir. ABŞ və Avropa ölkələrinin böyük əksəriyyətində məktəb 12 illikdir. Koreya, Yaponiya, Sinqapur kimi təhsil sistemi uğurlu ölkələrdə də 12 illik model əsasdır. Finlandiya – hansı ki, PISA nəticələrinə görə dünyanın liderlərindən biridir – uzunmüddətli, ardıcıl və keyfiyyətli təhsil proqramı ilə fərqlənir. Azərbaycan isə hələ mövcud 11 illik sistemdə belə PISA 2022 nəticələrində OECD ortalamasından 80–100 bal geridədir. Oxu üzrə 359, riyaziyyat üzrə 387, təbiət elmlərində 392 bal toplamaqla biz dünya miqyasında ən aşağı pillələrdən birindəyik. Belə reallıqda illərin sayını azaltmaq bu nəticələri daha da pisləşdirəcək.

Bəli, 10 illik sistemin tərəfdarları deyə bilər ki, gənclər daha tez universitetə daxil olacaq və ya əmək bazarına atılacaq. Amma Azərbaycan əmək bazarı gəncləri bu yaşda qəbul etməyə hazır deyil. Nə peşə məktəbləri, nə də kolleclər onların inkişafına yetərli alternativ təklif etmir. Universitetlər isə akademik boşluqla gələn bu gənclərin səviyyəsini qaldırmaqda çətinlik çəkəcək. Nəticədə keyfiyyətsiz kadrlar ordusu formalaşacaq və "diplomlu işsizlik" daha da artacaq.

Müsbət tərəf kimi yalnız vaxt qazanmaqdan danışmaq olar, amma bu "qazanc" gerçəkdə itkiyə çevriləcək. Çünki keyfiyyətli insan kapitalı olmadan iqtisadiyyatın inkişafı mümkünsüzdür. Əgər məqsəd doğrudan da vaxtdan səmərəli istifadədirsə, onda 11 illik təhsilin məzmununu gücləndirmək, dərslikləri yeniləmək, müəllim hazırlığını gücləndirmək, məktəblərdə intizamı bərpa etmək və şagirdlərin təhsilə marağını artırmaq daha doğru yoldur.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir marifləndirmə işi aparmır. Valideynlərə və cəmiyyətə izah edilmir ki, niyə 11 illik sistem vacibdir, 10 illiyə keçid hansı riskləri doğuracaq. Nazirlikdə strateji baxış yoxdur, yalnız gündəlik idarəçiliklə kifayətlənirlər. Halbuki təhsil siyasəti uzunmüddətli proqnozlara əsaslanmalıdır. 5–10 ildən sonra ölkənin əmək bazarı hansı kadrları tələb edəcək, məktəb məzunlarının hansı bilik və bacarıqlara sahib olması zəruridir – bu sualların cavabı yoxdur.

Bütün bunlara görə, 10 illik sistemə keçid məsləhətli deyil. Azərbaycan yalnız mövcud 11 illik sistemin məzmununu gücləndirməli və mərhələli şəkildə 12 illik modelə hazırlaşmalıdır. Təhsil müddətinin azaldılması əvəzinə, keyfiyyətin artırılması əsas prioritet olmalıdır. Əks halda, təhsil sadəcə formal diplom paylama prosesinə çevriləcək və ölkənin gələcəyi daha da risk altına düşəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qismətimdə ata sevgisi çox az oldu"

Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"

21:15 1
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

14:23 168
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 146
.

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar

12:50 259
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

18:45 69
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

19:45 1
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

18:01 123
.