Azərbaycanda 24 uşaq sifilisə necə yoluxub?

Azərbaycanda 24 uşaq sifilisə necə yoluxub?Bu il yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 816 nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, sifilis xəstəliyi aşkarlananların 492 nəfəri kişi, 324 nəfəri isə qadındır. Qeyd edilib ki, 0-17 yaş qrupu üzrə 24 nəfər bu xəstəliyə tutulub. 792 nəfər isə 18 və daha yuxarı yaş həddində olanlardır.

Əsasən yetkin insanlar arasında yayılan xəstəliyə uşaqlar, yeniyetmələr necə yoluxurlar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis Adil Qeybulla deyib ki, sifilisin, QİÇS virusunun ölkədə sayı artan dinamikadadır:

"İlk növbədə 0 yaş dedikdə, körpə, yeni doğulan uşaqdan söhbət gedir. Bunlara sifilis anadan keçə bilər. Əgər anada sifilis varsa, uşağa asanlıqla keçə bilir, hətta uşağın ölü doğulmasına və digər ağır fəsadlara səbəb ola bilər. Ona görə də əgər anada sifilis varsa, dərhal penisilinlə müalicəyə başlamalıdır. Bu, ən təhlükəsiz müalicə hesab edilir. Penisilin və ya bu qrup dərmanlarla müalicə aparılmalıdır. Uşaqda da tapıldısa, dərhal müalicə aparılmamalıdır".

Həkim erkən və nəzarətsiz cinsi əlaqə zamanı da yoluxmanın mümkünlüyünü qeyd edib:

"Digər kateqoriya var ki, müəyyən yaşdan sonra erkən cinsi həyat başlayır. Nəzarətsiz, təhlükəsizliyi gözlənilməyən cinsəl yaş, yəni 10-12 yaşda bu xəstəliyə yoluxmaya gətirib çıxarır. Etiraf etmək laızdır ki, bu cür kontaktlar da az deyil".

Tibb mütəxəssisi hesab edir ki, bu cür statistikalar daha dərindən araşdırılmalıdır:

"0-4 yaşa qədər uşaqlarda ola bilər ki, anadangəlmə sifilis yoxlanmasın, ana xəbərsiz olsun və bu, daha sonra müəyyən edilsin. Amma 5-10 yaşda olan xəstələrin mənşəyi araşdırılmalıdır. İkinci tərəfdən bu məsələ ilə bağlı ciddi dispanserizasiyası aparılsa, yaxşı olar. Düşünürəm ki, real mənzərə bundan daha ciddidir.

Həddi-büluğ dövrünə qədər, xüsusilə ikincili cinsi əlamətlərə qədər olan sifilisin oğlanlar və qızlar arasındakı nisbəti də müəyyən edilməldiir.

Burada sosial problemlər, hazırda cəmiyyətdə şaiyə şəklində gəzən bir sıra məsələlərə aydınlıq gətirmək mümkündür. Bu statistikanın üzərində işləmək və daha dəqiq statistika əldə etməklə bəzi məsələlərə aydınlıq gətirmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qismətimdə ata sevgisi çox az oldu"

Müğənni Xuraman Şuşalı ata sevgisi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu sözləri yazıb:. "Qismətimdə ata sevgisi çox az oldu. Ancaq ata-uşaq görüntüsü görəndə çox sevinirəm. Xoşbəxt olsun uşaqlar. Gözəl ata-ana olsunlar"

21:15 1
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 144
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

14:23 168
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 146
.

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar

12:50 259
.

Qarabaşaq yarmasını tez-tez yemək üçün 5 mühüm SƏBƏB

Qarabaşaq sıyığı uzun illərdir bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulun qida dəyəri yalnız toxluq hissi yaratması ilə məhdudlaşmır. xarici mediaya istinadən qarabaşaq yeməyin 5 faydalı xüsusiyyətini təqdim edir. 1. Qarabaşaq orqanizmi qida lifləri ilə təmi

18:45 69
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

19:45 1
.

Məktəbli geyimində vahidlik və nizam-intizam

Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli

18:01 123
.