Kişilərin nifrət etdiyi 9 İFADƏ: onları ərinizə desəniz boşanmaya səbəb olarsınız

Kişilərin nifrət etdiyi 9 İFADƏ: onları ərinizə desəniz boşanmaya səbəb olarsınızSözlər bıçaqdan da iti yaralaya bilər. Ərinizə dediklərinizə diqqət edin, xüsusən də mübahisə zamanı və güclü emosiyaların təsiri altında.

Lent.az xəbər verir ki, kişilər çox vaxt hiss və emosiyalarını açıq ifadə etmirlər. Amma sizə elə gələ bilər ki, əriniz sərt sözlərinizə fikir vermir. Bu, onun içində inciklik və alçalma hiss etmədiyi demək deyil.

Diqqətli olun: əgər siz ərinizə bu doqquz ifadədən birini tez-tez desəniz, münasibətlərinizin korlanma ehtimalı böyükdür. Onda isə artıq boşanma mövzusu da uzaqda olmaz.

"Sən heç vaxt…"
Ərinizin uşaqlara kömək etməməsi və ya evdə vəd etdiyi işi yerinə yetirməməsi əlbəttə ki, incidir. Amma siz "sən heç vaxt mənə kömək etməmisən" dedikdə, əslində bir anlıq səhvi deyil, kişinin bütün zəhmətini və dəstəyini tamamilə inkar etmiş olursunuz. "Heç vaxt" sözü sərt, hörmətsiz səslənir və kişinin gələcəkdə nəsə etməyə həvəsini azaldır.

Buna görə də bir hadisəyə görə ümumiləşdirməyin və yaxşılıqları görməzlikdən gəlməyin. Konkret halı qeyd etmək daha düzgün olar: məsələn, "Bu dəfə mənə kömək etmədin, halbuki çox ehtiyacım var idi". Bu yanaşma həm münasibətə zərər vurmaz, həm də qarşı tərəfin məsuliyyətini artırar.

"Niyə sən … kimi ola bilmirsən?"
Bir anlıq düşünün: sizi hansısa vaxtlarda ananızın rəfiqəsinin qızı, qardaşınız və ya bacınızla müqayisə etdiklərində xoşunuza gəlirdimi? Əksinə, bu cür sözlər insanın içində qıcıq, inciklik və dəyərsizlik hissi yaradır.

Kişini başqası ilə müqayisə etdikdə, siz onu olduğu kimi qəbul etmədiyinizi göstərirsiniz. Bu, nə motivasiya verir, nə də onu daha yaxşı olmağa sövq edir. Sadəcə münasibətdə sevinc və hörməti azaldır.

Əgər nəyinsə dəyişməsini istəyirsinizsə, müqayisə aparmaq əvəzinə, konkret olaraq öz istəklərinizi ifadə edin. Məsələn:

"Mən çox istərdim ki, sən mənimlə daha çox vaxt keçirəsən" demək, "Filankəs xanımın əri hər gün arvadını gəzintiyə aparır, sən niyə elə etmirsən?" deməkdən qat-qat təsirlidir.

Ərinizi başqaları ilə davamlı müqayisə etdikdə, siz onu incidirsiniz və onun özünəinamına zərbə vurursunuz, – deyə Psychologies yazır.

"Nə istəyirsən et!"
İlk baxışda bu ifadə zəhərli görünməyə bilər. Amma əslində qadın bunu deyəndə tam əks nəticə əldə etmək istəyir. Bu, gizli manipulyasiya formasıdır.

Açıq və səmimi şəkildə istəklərinizi demək əvəzinə, siz kişinin qarşısında tapmaca qoyursunuz. Ər isə baş sındırıb sözlərinizin gizli mənasını tapmağa çalışır. Beləliklə, münasibətdə qarışıqlıq və gərginlik yaranır.

Daha sağlam yol birbaşa deməkdir: "Mən istərdim ki, bu axşam evdə qalaq" və ya "Mənim üçün vacibdir ki, sən mənimlə bu məsələdə razılaşasan". Bu, nə hörməti, nə də etibarı zədələyir.

"Sənin maaşın azdır"
Müasir dünyada kişilər ailəni təmin etmək üçün çox çalışırlar. Buna görə də ər üçün "sənin maaşın azdır" sözlərini eşitmək çox ağrılı və alçaldıcıdır.

Bəli, mağazalarda qiymətlər artır, xərclər də böyüyür. Siz bu sözləri əsəbi və emosional anda deyə bilərsiniz. Amma yenə də belə ifadələr kişinin bütün zəhmətini dəyərsizləşdirir və ruhdan salır.

Əvəzinə, narahatlığınızı daha konstruktiv ifadə etmək olar: "Son vaxtlar xərclər artıb, bəlkə birlikdə büdcəni yenidən nəzərdən keçirək?" və ya "Gəl, əlavə qazanc yollarını bir yerdə araşdıraq". Bu halda siz problemi paylaşmış olursunuz, ittiham etmirsiniz.

"Uşaq kimi davranırsan"
Əriniz bəzən infantil və yetkinliksiz davrana bilər. Ancaq əgər bu barədə onunla danışmaq istəsəniz, aqressiv hücum etməyə dəyməz.

Sərt sözlərdən sonra kişi, böyük ehtimalla, içinə qapanacaq və uzaqlaşacaq. Problemi həll etmək və barışıq yaratmaq isə yalnız daha da çətinləşəcək.

"Mən özüm edərəm"
Kişilər düşüncələri oxuya bilmirlər. Əgər siz açıq şəkildə ehtiyacınızı demirsinizsə, amma sonra incik halda: "Sən bunu etmədin, mən özüm edərəm!" deyirsinizsə, bu, inciklik və münaqişə üçün zəmin yaradır. Siz şüurlu şəkildə ərinizin qəlbini qırır və ona sanki: "Sən pis həyat yoldaşısan, məni sevmirsən və ümumiyyətlə faydasızsan" demiş olursunuz.

"Kişi ol!"
Cəmiyyətdə "əsl kişi"nin nə etməli və nə etməməli olduğuna dair müəyyən stereotiplər var. Amma həyat yoldaşınızdan bu qəliblərə uyğun davranmağı tələb etmək çox zəhərli yanaşmadır.

Siz ərinizin sərtlik və iradə göstərməsini arzulaya bilərsiniz. Amma "kişi ol" deməklə bu istəkləriniz ərinizə çatmayacaq. Əksinə, bu söz münasibətləri korlayacaq və aranızda gərginlik yaradacaq.

"Sən anlamazsan"
Əriniz həqiqətən də sizin bütün hisslərinizi tam başa düşməyə bilər. Amma "Sən onsuz da məni anlamazsan" demək, onu daha da uzaqlaşdırır və yadlaşdırır. Siz sanki ona şans belə vermirsiniz ki, sizi dinləsin və anlatsın. Bu, münasibətdəki məsafəni artırır və qarşılıqlı etimadı zəiflədir.

"Mənim sənə ehtiyacım yoxdur"
Güclü və müstəqil olmaq pis deyil. Amma "Mənim sənə heç ehtiyacım yoxdur" tipli ifadələr həyat yoldaşınızı çox yaralaya bilər. Bu sözlər onun qulağında belə səslənir: "Sən mənim üçün əslində heç bir əhəmiyyət daşımırsan".

Belə ifadələr sevgini, dəyəri və yaxınlığı kökündən sarsıdır. Əgər siz həqiqətən də müstəqilliyinizi vurğulamaq istəyirsinizsə, bunu daha yumşaq sözlərlə, sevgi və hörməti qoruyaraq demək çox daha sağlamdır


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 855   Tarix: 31 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14.11.2026 345
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas

16.11.2026 422
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15.11.2026 266
.

100 yaşa çatanların qidalanma sirri

Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric

15.11.2026 284
.

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib

14.11.2026 401
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 496
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15.11.2026 265
.

2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı

Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə

14.11.2026 308
.

TikTok üçün video çəkilişi faciə ilə bitdi - Şir 19 yaşlı gənci parçaladı

Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib. Axşam.az xəbər verir ki, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb. Yerli mətbuatın məlumatın

13.11.2026 550
.