Yunan yoqurtunun faydaları. Necə hazırlanır?
Son illərdə qida sənayesində ən çox diqqət çəkən məhsullardan biri Yunan yoqurtudur.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bir çox insan onu adi qatıqla səhv salsa da, əslində ciddi fərqlər mövcuddur.
Yunan yoqurtu nədir?
Yunan yoqurtu — qatığın xüsusi üsulla süzülməsi nəticəsində hazırlanır. Onun tərkibindəki zərdab (südün sulu hissəsi) çıxarıldığı üçün qatılığı artır, krem kimi daha qalın və yumşaq olur.
Adi qatıqdan fərqi
Qatı quruluşu: Adi qatıq daha duru olur, Yunan yoqurtu isə süzülmüş olduğu üçün xeyli qalındır.
Zülal miqdarı: Yunan yoqurtunda zülal 2 dəfə artıqdır.
Yağ nisbəti: Çox vaxt azyağlı hazırlanır, amma adi qatıqda yağ nisbəti südün növündən asılıdır.
Dad və tekstura: Yunan yoqurtu daha yumşaq və kremkimidir, adi qatıq isə turşməzə dadı ilə seçilir.
Dünyada niyə məşhurdur?
Yunan yoqurtu xüsusilə ABŞ və Avropada sağlam qidalanma trendinin simvoluna çevrilib. İdmançılar və pəhriz saxlayanlar onu yüksək zülal, az karbohidrat və doyumluluq hissi yaratdığına görə gündəlik rasiona əlavə edirlər. Eyni zamanda desert, sous və salatlarda da geniş istifadə olunur.
Faydaları
Zülal baxımından zəngindir – əzələ inkişafına kömək edir.
Laktoza miqdarı daha azdır – həzm sistemi üçün daha rahatdır.
Kalsium və probiotiklərlə zəngindir – sümük sağlamlığına və immunitetə müsbət təsir göstərir.
Çəkiyə nəzarətə kömək edir – uzun müddət toxluq yaradır.
Hazırlanma qaydası
Südü qızdırın – Südü təxminən 80-85°C-ə qədər qızdırın (qaynama həddinə yaxın). Sonra ocağı söndürün.
Soyudun – Südü 40-45°C-ə qədər soyumağa buraxın. (Barmağı batıranda isti, amma yandırmayan halda olmalıdır.)
Maya qatın – 2 qaşıq qatığı südün içinə əlavə edib yaxşıca qarışdırın.
Mayalandırın – Qabı örtüb isti yerdə 6–8 saat saxlayın. Bu müddətdə süd qatığa çevriləcək.
Süzün – Hazır qatığı təmiz cunanın içinə töküb üstünü bağlayın və dərin qaba asılı vəziyyətdə qoyun. 3–4 saat saxlayın ki, zərdab süzülüb axsın.
Soyudun və istifadə edin – Süzülmüş qatıq artıq Yunan yoqurtudur. Qatı, krem kimi olur. Soyuducuda saxlamaq məsləhətdir.
İstəyə görə üzərinə meyvə, bal və ya qoz-fındıq əlavə edilərək yeyilə bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1495 Tarix: 05 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29.09.2026 358 Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı
Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi
01.10.2026 568 Bu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
04.10.2026 393 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 434 İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12.10.2026 345 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28.09.2026 489 Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
04.10.2026 267 Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs
26.09.2026 274 Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
06.10.2026 474