Yağlı qaraciyərin üzdə görünə biləcək 5 əlaməti

Yağlı qaraciyərin üzdə görünə biləcək 5 əlamətiYağlı qaraciyər xəstəliyi qaraciyər hüceyrələrinin həddindən artıq yağ toplaması nəticəsində qaraciyərin şişməsi və həyati funksiyalarını pozması ilə meydana gəlir. İnsanlar adətən bu vəziyyətin ilk mərhələlərində fərqinə varmırlar, lakin üzlərində qaraciyər xəstəliklərinə işarə edə biləcək bəzi əlamətlər müşahidə oluna bilər.

Orqanizm ciddi sağlamlıq problemləri inkişaf etməzdən əvvəl bu siqnalları göstərir. Üz müayinəsi, yağlı qaraciyər xəstəliyini erkən mərhələdə aşkarlamağa və lazımi müalicə almağa kömək edə bilər.

Qaynarinfo yağlı qaraciyər xəstəliyinə işarə edə biləcək üzdə olan beş əsas əlaməti təqdim edir:

Üzdə şişkinlik və ödem

Yağlı qaraciyər xəstəliyinin ilk əlaməti çox vaxt üzdə şişkinlik və ödem olur. Qaraciyərin zəif işləməsi nəticəsində bədəndə maye yığılır və bu, müxtəlif bölgələrdə toxumaların şişməsinə səbəb olur. Həddindən artıq maye yığılması xüsusilə göz və yanaq ətrafında üzün daha yumru və şişkin görünməsinə gətirib çıxarır. Qaraciyər normalda zülal istehsalı vasitəsilə maye balansını qoruyur. Qaraciyərin bu funksiyası pozulduqda üzdə və bədənin digər bölgələrində şişkinlik yaranır. Bu əlamət, qaraciyərin gərgin işlədiyini və funksional zəifliyi göstərir.

Dəridə və gözlərdə saralma

Üz dərisinin və gözlərin ağ hissəsinin sarımtıl rəng alması, yağlı qaraciyər xəstəliyi də daxil olmaqla, qaraciyər problemlərinin tanınmış göstəricisidir. Bu, bədəndə bilirubinin toplanması ilə əlaqədardır. Qaraciyər adətən bilirubini öd vasitəsilə parçalayaraq xaric edir. Qaraciyərdə yağ yığılması isə bu funksiyanı pozur və nəticədə bilirubin dəriyə və gözlərə yansıyır. Sarılıq adlanan bu vəziyyət, qaraciyər funksiyasının zəiflədiyini göstərir.

Boyun qıvrımlarında tünd ləkələr

Yaxşı yatan, lakin gözlərinin altında qaralmalar müşahidə olunan şəxslərdə qaraciyər gərginliyi və toksin toplanması ola bilər. Qaraciyər, qandakı toksinlərin təmizlənməsində əsas rol oynayır. Lakin yağlı qaraciyər xəstəliyi zamanı toksinlərin bədəndə qalması dərini mənfi təsirləyir. Bundan əlavə, qaraciyərdə yağ yığılması bədənin insulinə reaksiyasını da dəyişir. Bu isə gözaltı qaralmalarla yanaşı boyun qıvrımlarında tünd piqmentasiyanın əmələ gəlməsinə səbəb olur. "Akanthosis nigricans" adlanan bu dəri problemi qalınlaşmış və tünd dəri ləkələri ilə özünü göstərir.

Üzdə qızartı

Rozasea adlı dəri xəstəliyi, əsasən yanaqlar, burun və alında qızartıya səbəb olur. Tibbi araşdırmalar göstərir ki, metabolik pozuntular və iltihablanma səbəbindən rosasea ilə yağlı qaraciyər xəstəliyi tez-tez birlikdə inkişaf edir. Qaraciyər yağlandıqda hormon balansı və toksinlərin atılması pozulur, nəticədə üzdə qızarma baş verir. Bu zaman üz dərisində genişlənmiş damarlar da müşahidə oluna bilər. Lakin bu əlamətlər bəzən sadə dəri xəstəlikləri ilə qarışdırıla bilər.

Qaşınma

Üz dərisində quruluq və qaşınma da yağlı qaraciyər xəstəliyinin ilkin əlamətlərindən ola bilər. Qaraciyərin zədələnməsi öd axışını azaldır və nəticədə xolestaza səbəb olur. Öddə olan duzlar qana qarışaraq sinir uclarını qıcıqlandırır və qaşınma (pruritus) yaradır. Bundan əlavə, qaraciyər xəstəlikləri tez-tez sink çatışmazlığına səbəb olur ki, bu da ağız ətrafında səpkilərə, dərinin bərpa proseslərinin zəifləməsinə və immun sisteminin zəifləməsinə gətirib çıxarır. Əgər qaşınma davam edərsə və səpkilər əmələ gələrsə, bu, qaraciyərlə bağlı problemlərin xəbərçisi ola bilər və mütləq həkimə müraciət edilməlidir.
Özünüzdə bunlara bənzər əlamətlərin olduğunu hiss edirsinizsə, sağlamlığınızla bağlı hər hansı narahatlığınız olarsa, mütləq həkimə müraciət edin.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1305   Tarix: 11 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 871
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1079
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 718
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.