Qızıla rəqib sərmayə növü: Bu il 45%-dən çox qazandırdı
Beynəlxalq bazarlarda gümüşün unsiya qiyməti 42,3 dollara yüksələrək son 14 ilin zirvəsinə çatıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-də açıqlanan makroiqtisadi göstəricilər əmək bazarının zəiflədiyini, inflyasiyanın isə nisbətən sabit qaldığını göstərib. Bu mənzərə Fed-in daha aqressiv faiz endirimi addımları ata biləcəyi fikirlərini gücləndirib. Pul bazarlarında gələn həftə Fed-in uçot dərəcəsini 25 baza bəndi endirəcəyinə demək olar ki, əminliklə baxılır. İl sonuna qədər isə 3 faiz endiriminin həyata keçiriləcəyi proqnozlaşdırılır.
Faiz endirimi gözləntiləri dollara olan tələbi zəiflədib, istiqraz gəlirliliklərini isə aşağı salıb. Bu vəziyyət qızıl və gümüş kimi qiymətli metallara müsbət təsir edib. Gümüşün uns qiyməti 42,3 dollara çataraq 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyəni test edib və sərmayəçilərinə ilin əvvəlindən bəri 45%-dən çox qazanc qazandırıb.
Qızıl kimi "təhlükəsiz liman" xüsusiyyətinə malik olan gümüş, eyni zamanda sənaye sahələrində geniş istifadə olunur. Elektronika, yarımkeçirici və bərpa olunan enerji sektorlarında artan tələbin yanı sıra, günəş panellərində də gümüşə böyük ehtiyac duyulur. ABŞ-nin gümüşü "kritik mineral" siyahısına daxil etməsi də bu istiqamətdə gözləntiləri artırıb.
Əmtəə bazarları üzrə ekspert Zafer Ergezen bildirib ki, son dövrlərdə qiymətli metallara güclü tələbat müşahidə olunur. Onun sözlərinə görə, ABŞ-dan gələn inflyasiya və məşğulluq göstəriciləri Fed-dən faiz endirimi gözləntilərini gücləndirib və bu da həm qızıl, həm də gümüş qiymətlərinə müsbət təsir göstərib.
Ergezen əlavə edib ki, qızılın uns qiyməti 3.700 dollar səviyyəsinə yaxınlaşaraq kritik həddə çatıb:
"Əgər ABŞ-də böyüməyə dair göstəricilərdə nikbinlik artsa, gümüşdəki yüksəliş daha da sürətlənə bilər."
Ekspertin sözlərinə görə, ABŞ və Çindən güclü iqtisadi bərpa siqnalları gələrsə, qızıl/gümüş nisbəti ilin sonuna qədər 80-in altına düşə bilər. Lakin zəif məşğulluq göstəriciləri Fed-in addımlarının gecikdiyinə işarə edir və iqtisadi yavaşlamanın davam edə biləcəyi ehtimalını artırır.
Ergezen gümüşdə kəskin itkilər gözləmədiyini vurğulayaraq belə deyib:
"Qızıla paralel hərəkətlər görmək ehtimalı yüksəkdir. 40 dollar üzərindəki dalğalanma davam edəcək. İqtisadi göstəricilərdə toparlanma siqnalları gəldikcə, gümüş qızıla nisbətən yenidən daha çox dəyər qazana bilər."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 780 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi
Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik
12.07.2026 191 "Gözümə gün düşdü" - Aşan avtobusun sürücüsü DANIŞDI+VİDEO Unikal
Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb. "Qafqazinfo" xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb. O, qəza anını belə təsvir edib:. "Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözüm
12.07.2026 416 Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi
12.07.2026 222 CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib. "Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. "Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İra
12.07.2026 179 "Zibil" ifadəsi Paşinyanı məhkəməyə apardı - keçmiş deputata iddia qaldırıldı
Ermənistanın Baş naziri Nikol Paşinyan "Mənim Addımım" fraksiyasından olan keçmiş deputat Sofiya Ovsepyana qarşı mülki iddia qaldırıb. xəbər verir ki, TASS-ın Datalex məhkəmə qeydləri sisteminə istinadən yaydığı məlumata görə, baş nazir təxminən 16,2 min ABŞ dollarına bərabər olan 6 milyo
09:27 67 Səhvən su əvəzinə sirkə turşusu içdi
Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib. Yaxınları tərəfində
12.07.2026 292 Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v
12.07.2026 180 Həftənin ilk iş gününün havası AÇIQLANDI
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubə
12.07.2026 304 İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12.07.2026 223