Reklamda lüks, reallıqda isə dəhşət: "Beer Home Pub" restoranının mətbəxindən iyrənc görüntülər
Patrulaz.az-ın redaksiyasına daxil olan görüntülər Xırdalan şəhərində fəaliyyət göstərən "Beer Home Pub" restoranında dəhşətli mənzərəni ortaya çıxarıb. Araşdırma zamanı məlum olub ki, müəssisənin mətbəxində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulması adi hala çevrilib. Əldə olunan kadrlarda açıq-aşkar görünür ki, ət məhsullarının görüntüsü olduqca iyrəncdir və bu, həmin məhsulların istifadəyə yararsız olmasından xəbər verir.
Daha da qorxunc məqam ondan ibarətdir ki, restoranın mətbəxini siçanlar basıb. Hətta pişiklərin belə mətbəxdə dolaşaraq siçanlarla "qol-boyun" gəzdiyi müşahidə olunur. Belə təsir bağışlayır ki, məşhur "Tom and Jerry" cizgi filminin ssenariləri məhz bu mətbəxdəki real vəziyyətdən ilhamlanaraq çəkilib. Bu isə müəssisədə qida təhlükəsizliyi qaydalarının tamamilə unudulduğunu göstərir. Toyuq və digər məhsulların saxlanma şəraiti biabırçı vəziyyətdədir, yeməklərin hazırlanması prosesi isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bütün bunlara baxmayaraq, "Beer Home Pub" restoranı sosial şəbəkə hesablarında özünü yüksək keyfiyyətli xidmət göstərən, nümunəvi bir məkan kimi təqdim edir. Rəngarəng reklam çarxları və cəlbedici paylaşımlar isə reallığı gizlətməkdən başqa bir məqsədə xidmət etmir. Reklam materialları ilə faktiki vəziyyət arasındakı kəskin ziddiyyət, istehlakçıların aldadıldığını bir daha sübut edir.
Mövcud vəziyyət yalnız müştərilərin hüquqlarının pozulması deyil, həm də onların sağlamlığının ciddi risk altına atılması deməkdir. Belə bir məkanda hazırlanmış yeməklərin kütləvi zəhərlənmələrə yol aça biləcəyi istisna edilmir. Qida təhlükəsizliyi qaydalarının pozulması qanunvericiliklə qadağandır və məsuliyyət doğuran haldır.
Patrulaz.az olaraq aidiyyəti qurumlara müraciət edirik: Xırdalan şəhərində yerləşən "Beer Home Pub" restoranında hökm sürən bu acınacaqlı vəziyyət dərhal araşdırılmalı, müvafiq tədbirlər görülməli və müştərilərin sağlamlığını təhlükəyə atan hallara hüquqi qiymət verilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 942 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb
10:05 66 Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi
Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy
08.10.2026 264 Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
08.10.2026 243 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 274 Paşinyan-Rusiya münasibətləri: Səfərin tarixi hələ müəyyənləşməyib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfərinin dəqiq tarixinin hələ müəyyənləşmədiyini bildirib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Kremlin sözçüsü səfərin tarixi ilə bağlı suala cavabında "Hələli
10:44 99 Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı
08.10.2026 290 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
08.10.2026 315 Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək
Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının genişləndirilməsi və Avropa İttifaqının bu marşruta artan marağı fonunda daha da möhkəmlənir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və logistika əlaqələrini
08.10.2026 267 Əcnəbiyə uran satmaq istəyən şəxs saxlanıldı
Gürcüstanda uran-238-i əcnəbiyə satmağı planlaşdıran şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Interpressnews məlumat yayıb. Məlumata görə, şübhəli şəxs radioaktiv maddənin satışından 700 min dollar əldə etməyi planlaşdırıb. Hesabatda bildirilir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyya
10:55 86