Bakıda məktəb direktoru məhkəməyə verildi - SƏBƏB
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı məktəbdə məktəbin III sinifləri günorta növbəsinə keçirilib.
Bu barədə Milli.Az-a şikayət edən valideynlər bildiriblər ki, məktəbin direktoru Pərvanə Əzimova dərs ilinin açılmasına 7 iş günü qalmış Elm və Təhsil Nazirliyinin adından istifadə edərək məktəbin bütün 3-cü siniflərini ikinci növbəyə keçirib.
"Valideynlər adından yazılı müraciət etmişik, məktubu min bir əzabla rəsmi şəkildə qəbul elətdirmişik, lakin direktor ümumiyətlə məktuba cavab verməkdən imtina edir. Direktor nazirlik tərəfindən göstəriş verildiyini desə də, bizə heç bir rəsmi göstəriş təqdim olunmayıb. Daha sonra direktor Pərvanə Əzimova bildirdi ki, məktədə yeri yoxdur, ona görə belə edib. Nəyin nəticəsində yer yoxdur? İbtidai siniflərin binası ayrıdır. Nəyə yer yoxdur?
Bu məktəbdə ibtidai sinif heç vaxt ikinci növbədə olmayıb və biz uşaqlar bu məktəbə qəbul olanda direktor şəxsən özü bunu bütün valideynlərə bəyan edib ki, bu məktəbədə ibtidai sinif hər zaman birinci növbədə olacaq və bir çox ailənin bu məktəb seçimi sirf bu özəlliyə görə olub. İndi hansı qanuna-qaydaya dayanaraq elektron qəbul sistemi bağlanandan sonra təhsil ilinin açılmasına 7 iş günü qalmış növbə dəyişdirilir. Bu qərar ötən ilin sonu qəbul edilib, elan edilməli idi. Həmçinin həmin direktor 11 sentyabrda 6-cı sinifləri də qəfildən ikinci növbə olduqlarını elan edir, lakin onların şikayəti nəticəsində sentyabrın 12-si bu qərar geri çəkilir, lakin bizim şikayət hələdə cavabsız qalıb. Şikayətlərimizdən sonra isə direktor bizimlə prinsipə düşüb. Deyir ki, mən prinsipə onları səhər növbəsinə qaytarmayacam.
Biz Elm və Təhsil Nazirliyinədə şikayətimizi göndərmişik, lakin hələ cavab gəlməyib. Mən və bir valideyn daha artıq məhkəməyə də müraciət etmişik. Bütün valideynlər çıxılmaz vəziyyətdədir. Çox valideyn işləyir və bu ani qərarla belə çıxır ki, uşaqlarını dərsə göndərə bilməyəcəklər, bu da uşaqların təhsil alma hüququnun əlindən alınmasıdır".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov açıqlamasında bildirib ki, məktəbdə təlim-tədrisin təşkili məktəb rəhbərliyinin səlahiyyətindədir:
"Qaydalara əsasən bütün paralel siniflər eyni növbədə olmalıdır. Məktəb daxili qaydalara əsasən direktorun səlahiyyəti var, tədris prosesi də buna uyğun olaraq tənzimlənir. Əgər məktəb iki növbəlidirsə, bu zaman dərslər həm birinci, həm də ikinci növbə ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3441 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi
Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy
08.10.2026 252 Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
08.10.2026 233 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
08.10.2026 258 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 317 Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır
Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra
08.10.2026 237 Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
08.10.2026 220 Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
08.10.2026 299 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə
08.10.2026 302 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında
08.10.2026 310