Dövlət təhsilə investisiya edir, amma məktəblərdə sui-istifadə halları qalır

Dövlət təhsilə investisiya edir, amma məktəblərdə sui-istifadə halları qalırAzərbaycanda dövlət hər il təhsilin infrastrukturunun yaxşılaşdırılmasına böyük vəsait ayırır. Məsələn, 2024-cü ilin büdcəsində təhsil sektoruna 4,4 milyard manat nəzərdə tutulub ki, bunun da təxminən 200 milyon manatı məktəblərin tikintisi, əsaslı və cari təmiri üçün ayrılıb. Son on ildə 400-dən artıq yeni məktəb istifadəyə verilib və yüzlərlə məktəb əsaslı təmir olunub. Prezidentin sərəncamları ilə regionlarda məktəb tikintisi və bərpası üçün yüz milyonlarla manat vəsait ayrılması dövlətin təhsilə qayğısının göstəricisidir.

Bəs məktəblərin ilk günündən şagirdlərdən "təmir pulu" adı ilə ödənişlər niyə tələb olunur?

BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, dövlət ümumtəhsil müəssisələrinin saxlanması, təmiri və təsərrüfat xərclərini büdcə hesabına təmin edir. "Təhsil haqqında" Qanunun 29-cu maddəsi valideynlərdən məcburi pul yığılmasının qanuna zidd olduğunu açıq göstərir.
Dövlət təhsilə investisiya edir, amma məktəblərdə sui-istifadə halları qalırLakin praktiki vəziyyət göstərir ki, bəzi məktəb rəhbərləri və valideyn komitələri siniflərin boya, işıqlandırma, pərdə və digər xırda təmir işləri üçün valideynlərdən pul yığmağa meyllidirlər. Bu yanaşma qanuni deyil və təhsil sisteminə ictimai etimadı zəiflədir.

Əsədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi diqqət yetirir, monitorinq mexanizmlərini genişləndirir və valideynlərdən pul yığılmasının yolverilməz olduğunu açıq bildirir. Nazirliyin fəaliyyəti dövlətin təhsil siyasətində şəffaflıq və hesabatlılıq prinsiplərinin möhkəmlənməsinə xidmət edir.

Ekspert vurğulayıb ki, bəzi hallarda büdcə vəsaiti məktəblərə vaxtında çatmır və regionlarda xırda cari işlər üçün vəsait ayrılmadığı üçün məktəb rəhbərləri qeyri-rəsmi yollar axtarır. Problemin kökündə nəzarət və planlaşdırma boşluqları dayanır. Əgər hər məktəbə illik əsasda operativ xərclər üçün fond ayrılarsa, valideynlərdən pul yığımı məsələsi gündəmdən çıxar.

Nəticə: Dövlətin təhsil infrastrukturuna yatırımları artdıqca, məktəblərdə şərait yaxşılaşacaq və valideynlərin üzərinə qoyulan qeyri-qanuni yük aradan qalxacaq. Nəzarət mexanizmlərinin gücləndirilməsi, məktəb rəhbərlərinin məsuliyyətinin artırılması və valideynlərin maarifləndirilməsi vacibdir. Nazirliyin prinsipial mövqeyi – valideynlərdən pul yığılmasına qarşı açıq mübarizə aparması – bu sahədə irəliləyiş üçün əsaslı addımdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 275
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

08.10.2026 432
.

ABŞ-dən Türkiyə xəbərdarlığı: Ağlasığmazdır, heç vaxt imkan verməyəcəyik

ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı fikir ayrılıqları səbəbindən müharibənin baş verməsini ağlasığmaz hesab edir və Vaşinqtonun heç vaxt buna yol verməyəcəyini bildirib. Teleqraf xəbər verir ki, bu barədə o, Yunanıstanın "Kathimerini" qəzetin

08.10.2026 257
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

08.10.2026 243
.

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə

08.10.2026 302
.

Azərbaycan-Türkmənistan əməkdaşlığında üç əsas istiqamət - nəqliyyat, enerji və ticarət

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Avazada keçirilən 8-ci Məşvərət görüşü bir məsələyə xüsusi diqqət çəkir. Azərbaycan-Türkmənistan münasibətlərində artıq yeni imkanları konkret layihələrə çevirmək mərhələsi başlayır". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyas

08.10.2026 207
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

08.10.2026 214
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 236
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

08.10.2026 237
.