Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?"Hicran Əyyubova kollecimizə müvəqqəti direktor təyin olunduqdan bir neçə gün sonra heç bir səbəb olmadan məndən ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Dəfələrlə işdən çıxmayacağımı bildirmişəm. O isə məni işdən çıxara bilmədiyi üçün təzyiqlərə başlayıb".

Bu iddialarla "Qafqazinfo"ya Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Nigar Haşımlı müraciət edib.

Təxminən 1 ildir bu vəzifədə çalışdığını deyən N.Haşımlı bildirir ki, işlədiyi dövr ərzində kollecin əvvəlki direktoru ilə heç bir problemi olmayıb: "İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam. Himayəmdə iki azyaşlı körpəm var. Övladlarımın birinin 2, digərinin isə 6 yaşı var. Bu il iyulun 9-da kollecə Hicran Əyyubova 3 aylıq (müvəqqəti) direktor təyin olunduqdan sonra ilk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib. Necə ola bilər ki, əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra bitdi?! Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün aidiyyəti üzrə müraciətlər etmişəm".

Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?Şikayətçi deyir ki, H.Əyyubova daha əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində çalışıb: "Orada həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Onun şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə çıxan xəbərlərdən hamıya məlumdur. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur. Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılıb. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmayıb. Qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız məqalələr, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir".

İddialarla bağlı hazırda kollecin direktoru olan Hicran Əyyubova ilə əlaqə saxladıq. O bildirdi ki, hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib: "BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılıb. Bir sıra nöqsanlar aşkarlanıb, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olub. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Tərəfimizdən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib".

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən müraciətimizə cavab olaraq bildirildi ki, daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür: "Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda Agentlik araşdırma aparır. Oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 912   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi

Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy

08.10.2026 252
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

08.10.2026 233
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 258
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 317
.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır

Türkmənistan bizim qardaş ölkəmizdir, türk dövlətidir. Üstəlik, Oğuz türk dövlətidir. Yəni biz eyni dil ailəsindən gəlirik. Əlavə olaraq, bütün tarix boyu, tarixin ən qədim çağlarında belə, türkmənlərlə biz eyni olmuşuq. Azərbaycan dövləti Türkmənistanla münasibətlərə çox önəm verir. Türkmənistan neytra

08.10.2026 237
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

08.10.2026 220
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 299
.

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. "Qafqazinfo" -a istinadən xəbə

08.10.2026 302
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

08.10.2026 310
.