Kirayə müqaviləsindən yayınan mülkiyyətçiləri vergi sanksiyaları gözləyir
Azərbaycanda mülkiyyətçi ilə kirayəçi arasında rəsmi müqavilə bağlanmalı, icarədən əldə olunan gəlir vergiyə cəlb edilməlidir. Lakin bəzi mülkiyyətçilər vergidən yayınmaq üçün kirayə müqaviləsi bağlamaqdan imtina edirlər. Bəs bu halın qanuni nəticələri nədir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi hesab olunur:
"Əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliridir. Əgər icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olubsa, ödəniş mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə rüblük hesabat təqdim etməlidir. Vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda isə əmlak sahibi özü qeydiyyata durmalı, gəlirdən 14 faiz gəlir vergisi ödəməli və bəyannamə təqdim etməlidir".
Vəkil əlavə edib ki, qanunvericiliyə əsasən, öhdəliklərə əməl etməyən şəxsləri maliyyə sanksiyaları gözləyir:
Vergi Məcəlləsinin 58.2-ci maddəsi: müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmayanlara 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
57.1-ci maddə: bəyannamə təqdim edilmədikdə yenə də 40 manat cərimə nəzərdə tutulur;
58.1-ci maddə: vergidən yayınma və ya azaldılmış məbləğin göstərilməsi halında, azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi qədər maliyyə sanksiyası tətbiq olunur;
59.1-ci maddə: verginin vaxtında ödənilməməsi halında, hər ötən gün üçün ödənilməmiş məbləğin 0,1 faizi həcmində faiz tutulur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 826 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİordani çayının Qərb sahilində CNN əməkdaşlarına hücuma görə dörd köçkün saxlanılıb
İordan çayının qərb sahilində CNN-in əməkdaşları da daxil olmaqla jurnalistlərə hücum etdiklərinə görə dörd köçkün saxlanılıb. "Report"un məlumatına görə, bu barədə CNN İsrail polisinə istinadən xəbər yayıb. Qeyd olunur ki, hücum jurnalistlər Ramallanın şimalındakı Sincil kəndi yaxınlığında
12.07.2026 155 Həftənin ilk iş gününün havası AÇIQLANDI
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubə
12.07.2026 236 Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb. "Report" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Atanız - görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərin
12.07.2026 206 Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12.07.2026 177 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı
Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə
12.07.2026 189 Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12.07.2026 187 Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12.07.2026 175 "Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb
"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop
12.07.2026 195 Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
"Heyvanların daşınması ilə bağlı yeni tələblər yalnız ölkəyə idxal olunan heyvanlara aiddir, daxili daşınmalarda tətbiq edilmir". Bunu APA-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlə
12.07.2026 184