Dünyanın ən qədim mumiyaları tapıldı - Misirdən də əvvəl

Dünyanın ən qədim mumiyaları tapıldı - Misirdən də əvvəlCənub-Şərqi Asiyada tapılan mumiya qalıqları dünyanın ən qədimləri ola bilər, çünki alimlərin sözlərinə görə, onların yaşı 12 000 ildir. Tədqiqatçılar müəyyən ediblər ki, cəsədlər istiliyə məruz qalıb və güman edirlər ki, onlar odun üzərində tüstü ilə qurudularaq mumiyalanıb.

Lent.az xəbər verir ki, mumiyadan söz düşəndə adətən ağla qədim misirlilər gəlir. Lakin arxeoloqlar sübutlar tapıblar ki, sivilizasiyalar minlərlə il əvvəl dəfn edilən insanları qorumaq üçün mumiyalama texnikasından istifadə ediblər. Alimlər Cənub-Şərqi Asiyada dünyanın ən qədim mumiyaları ola biləcək tapıntılar aşkarlayıblar, bəzi qalıqların isə təxminən 12 000 il əvvələ aid olduğu düşünülür.

Tədqiqatçılar Çinin və Vyetnamın müxtəlif arxeoloji abidələrində bir neçə kəsik və yanıq izləri olan, bükülü vəziyyətdə dəfn edilmiş insan qalıqları aşkarlayıblar. Digər qalıqlar Filippinlərdə, Laosda, Taylandda, Malayziyada və İndoneziyada tapılıb.

Tədqiqatın nəticələri və təhlil

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırmada alimlər müəyyən ediblər ki, cəsədlər böyük ehtimal istiliyə məruz qalıb və güman edirlər ki, onlar tonqal üzərində tüstü ilə qurudularaq mumiyalanıb.

Tədqiqatçılar Cənubi Çində Neolit dövrünə aid 95 arxeoloji abidədən götürülmüş insan sümüyü nümunələrini təhlil ediblər. Onlar qəbirlərin torpaqdakı əsasən bükülü, sıxılmış və ya oturaq vəziyyətdə, çox vaxt sıx bağlanma izləri olan vəziyyətini qeydə alıblar. Həmçinin qazıntı zamanı aşkar edilən sümüklərdə görünən yanıq və kəsik izlərini öyrəniblər. "Biz sübut təqdim edirik ki, cəsədlər tüstülənərək dəriləri qorumaq və mumiyalaşdırmaq üçün emal olunurdu," – deyə alimlər yazıblar.

Mədəni və mənəvi aspekt

Tədqiqatın müəllifi, Yaponiyanın Sapporo Tibb Universitetindən Hirofumi Matsumura qeyd edir ki, bu praktika "insanlara öz əcdadları ilə fiziki və mənəvi əlaqəni qorumağa, zamanı və xatirəni birləşdirməyə imkan verirdi".

Mumiyalaşma bəzi yerlərdə məsələn, parçalanmanı dayandıran şərait kimi təbii yolla baş verə bilər. Lakin müxtəlif mədəniyyətlər də öz əcdadlarını xatırlamaq və ya onların ruhlarını axirətə yola salmaq üçün bədənlərini balzamlayaraq süni yolla mumiyalaşdırırdılar.

Misir mumiyaları ən məşhurları olsa da, ən qədim məlum mumiyalardan bəziləri təxminən 7000 il əvvəl indiki Peru və Çili ərazisində çinçorro balıqçıları tərəfindən hazırlanıb.

Müasir dövrdə də Avstraliyanın və Papua-Yeni Qvineyanın yerli icmaları öz ölülərini tüstüləmə, qurutma və mumiyalama mərasimlərini həyata keçirirlər.

İsveçin Uppsal Universitetindən insan təkamülü üzrə ekspert Rita Peyroteo Stierna, bazar ertəsi dərc olunmuş araşdırmada iştirak etməsə də, bu tədqiqatla bağlı müəyyən şübhələrini ifadə edib və istifadə olunan tarixləmə metodlarının daha etibarlı ola biləcəyini bildirib.

O əlavə edib ki, Cənub-Şərqi Asiyanın müxtəlif yerlərində mumiyaların davamlı tüstülənib-qurudulmaya məruz qalıb-qalmadığı hələ ki, dəqiq məlum deyil, lakin Associated Press-ə göndərdiyi elektron məktubda tapıntıların "tarixi dəfn praktikasının öyrənilməsinə mühüm töhfə" olduğunu vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 17 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 212
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

08.10.2026 210
.

Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar

Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd

08.10.2026 320
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

08.10.2026 173
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

08.10.2026 452
.

Moldova Silahlı Qüvvələrin sayını artırır

Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy

08.10.2026 153
.

Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi

Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy

08.10.2026 170
.

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü

Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi

08.10.2026 207
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

08.10.2026 230
.