Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldağın - Təfərrüatı
Dələduzluqda ittiham edilən 25 yaşlı Füzuli rayon sakini Xətai Məmmədova (soyad şərtidir) hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, istintaq zamanı Xətainin Fərid adlı tanışına 188 min manat ziyan vuraraq həmin vəsaiti ələ keçirdiyi məlum olub.
Bildirilib ki, Xətai biznes ortağı olan Fəridə gəlir əldə etmək məqsədilə dəyərindən ucuz qiymətə əmlak alıb-satmaq niyyətində olduğunu, lakin bununla bağlı çətinlik çəkdiyini bildirib.
O, Fəridin etibarından sui-istifadə edərək Namiq Canıyevə (2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı - red.) məxsus olan 1 milyon manat dəyərindəki evin guya 700 minə satıldığını və onu 500 minə ala biləcəklərini deyib. Beləliklə, Xətai Fəridi Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evinin guya dəyərindən ucuz, yəni 500000 manata satıldığını, pulunu hissə-hissə ödəyə biləcəyini və sonradan həmin evi daha yüksək qiymətə satıb gəlir əldə edə biləcəyinə dair yalandan vədlər verərək aldadıb, satıcıya ödəmək adı ilə həmin məbləği ondan alıb. Lakin sonradan N.Canıyevə 312 min manat çatdığı, 188 min manatın isə Xətai tərəfindən ələ keçirildiyi müəyyənləşib.
O da məlum olub ki, Namiq Canıyev evin qiymətində güzəşt etməyib və 700 min tələb edib. Ev sahibi məsələnin üstü açılanda Fəridlə telefon danışığında onların daha 388 min manat ödəməli olduğunu bildirib.
Aldadıldığını öyrənən Fərid daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Xətai həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə iş açılıb.
Məhkəmədə zərərçəkən şəxs həbsdə olan Xətainin dəymiş zərəri artıq tam olaraq ödədiyini deyərək şikayətini geri götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Xətai Məmmədov azadlığa buraxılıb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1136 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCan Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 212 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
08.10.2026 210 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
08.10.2026 320 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
08.10.2026 173 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
08.10.2026 452 Moldova Silahlı Qüvvələrin sayını artırır
Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy
08.10.2026 153 Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi
Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy
08.10.2026 170 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi
08.10.2026 207 İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi
08.10.2026 230