Avropada "başqa dünya": Burada günəş aylarla batmır
Avropada günəşin aylarla batmadığı "başqa dünya" adaları var
Norveçin Lofoten adaları getdikcə daha çox turistin diqqətini cəlb edir və "soyuq istirahət" üçün ideal məkan hesab olunur.
Qayanrinfo xəbər verir ki ki, bu barədə "Daily Express" məlumat yayıb.
Məlumata görə, may-avqust ayları arasında Norveçi ziyarət edən turistlər nadir bir təcrübə - "gecəyarısı günəşi"ni yaşaya bilərlər. Bu aylarda günəş heç batmır və ölkəni sutkanın 24 saatı boyu kəşf etmək mümkündür.
Lofoten adaları sərt təbiəti, dünyanın ən füsunkar mənzərələrindən bəzilərini təqdim edən arxipelaqı, cazibədar balıqçı kəndləri və zəngin mədəni irsi ilə fərqlənir.
"Much Better Adventures" şirkətinin səyahət təşkilatçısı və inkişaf meneceri Kris Kirni də yaxınlarda bu adaları ziyarət edib. O bildirib ki, burada düşərgə qurmaq, kanyonda üzmək və yeni məkanları araşdırmaq kimi fəaliyyətlərin hər biri unudulmaz təəssüratlar yaradıb.
"Arktikada keçirdiyim həftə, günəşin heç batmadığı bir vaxtda, həyatımın ən sürreal təcrübəsi oldu. Bu qədər uzun müddət qaranlığı görməmək insana "başqa dünya" hissi yaşadır", deyə Kirni qeyd edib.
O, xüsusən bir xatirəni vurğulayıb: "Lofoten adalarında düşərgə qurduq. Üstümüzdə qartallar uçurdu, ətrafda sakit bir körfəz uzanırdı, buludlar Valberq dağlarının zirvələrini örtmüşdü, uzaqda isə Festvoqtinden dağı görünürdü. Gecəyarısı günəşi bu yay tətilini daha da rahat etdi".
Səyahətçi əlavə edib ki, burada vaxt daha axıcı keçib: "İstəsəniz, gecə saat 2-də belə dağa yürüşə çıxa bilərsiniz. Günlər isə tələsmədən başlayırdı, çünki qısa gündən maksimum istifadə etmək məcburiyyəti yox idi".
Lofoten adalarına ən tez hava yolu ilə çatmaq mümkündür: əvvəlcə Osloya uçmaq, sonra Bude şəhərinə daxili reyslə getmək və ardınca adalara uçuş həyata keçirmək lazımdır.
Adalara dəniz yolu ilə də getmək mümkündür. Norveçin sahilboyu kruiz, bərə və yük daşımaları ilə tanınan "Hurtigruten" şirkəti Bude şəhərindən sonra Stamsunn limanına, daha sonra isə Svolvær şəhərinə çatır. Geri dönüşdə isə eyni marşrut əks istiqamətdə təkrar olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 951 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
08.10.2026 200 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında
08.10.2026 180 Uşağın özünə inamını artıran 5 ifadə
Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı
08.10.2026 203 Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
08.10.2026 320 Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı
08.10.2026 127 İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi
08.10.2026 185 Sezen Aksunun sevənlərinə pis xəbər
Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze
08.10.2026 270 Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?
"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
08.10.2026 193 Müdir işə gedəndə üşüyən əməkdaşlarına BMW hədiyyə etdi
Çində restoranlar şəbəkəsinin sahibi Ma Yanli ən yaxşı əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib. xarici mediaya istinadən xəbər verir ki, iş qadını əməkdaşlarının elektrik skuteri ilə işə gedərkən soyuq havada üşüdüklərini görüb. Buna görə də işçilərinə belə bir sürpriz edib. Avtomobil hədiyy
08.10.2026 170