Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək? (RƏSMİ)

Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək? (RƏSMİ)"JOY TOUR" və "JOY TRAVEL" məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi Xətai rayon Prokurorluğu tərəfindən araşdırılır.

BiG.AZ Teleqraf-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov bildirib.

O bildirib ki, sözügedən faktla bağlı cinayət işi başlanılıb.

"MMC rəhbərlərindən birinə həbs qətimkan tədbiri seçilib və o, təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Məsələdə digər iştirakçıların adları da hallanır və onların məsuliyyətinə dair sübutların toplanması üçün müəyyən arqumentlər irəli sürülüb", deyə Mahir Abbasov bildirib.

Qeyd edək ki, özəl turizm agentliyi qismində fəaliyyət göstərən "JOY TOUR" və "JOY TRAVEL" məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai Rayon Prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.

Qeyd olunub ki, həmin müraciətlər əsasında aparılmış araşdırmalarla müəssisənin təsisçisi İlyasov Rəşad İsgəndər oğlunun öz qulluq mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 18 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sezen Aksunun sevənlərinə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze

08.10.2026 270
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

08.10.2026 123
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. BİG.AZ xəbər verir ki

08.10.2026 167
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

08.10.2026 380
.

Türkmənistan səfəri: İlham Əliyevin Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji siyasəti

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri sıradan diplomatik səfər çərçivəsinə sığmır. Bu səfər Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi regional siyasətin növbəti mühüm mərhələsidir. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-c

08.10.2026 218
.

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib. Bu barədə "Report"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb. Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdı

08.10.2026 127
.

Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - Video

Dünən Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avtomobil piyada keçidində hərəkət edən qadınla azyaşlı oğlunun üstündən keçib. Bu zama

08.10.2026 966
.

Kosmosda ilk dəfə insanların rentgen şəkilləri çəkildi

"Fram2" kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib

08.10.2026 181
.

Zaur Kamaldan efirə qayıtması haqda suala cavab

Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. "Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərind

08.10.2026 293
.